Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:19

“Nə yerli qanunlara uyğundur, nə də beynəlxalq standartlara”


“Nə yerli qanunlara uyğundur, nə də beynəlxalq standartlara”

Bunu parlament seçkilərini izləmiş “Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” bildirir.

“Azərbaycanda keçirilən parlament seçkiləri nə yerli qanunlara uyğun keçirilib, nə də beynəlxalq standartlara. Buna görə də azad və ədalətli sayıla bilməz”.

Bunu Azərbaycandakı parlament seçkilərini izləmiş “Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” bildirir.

Bu yerli təşkilat Amerikanın Beynəlxalq İnkişaf Agentliyi və Milli Demokratiya İnstitututunun dəstəyilə ilə fəaliyyət göstərib.

“Seçki Monitorinqi və Demokratiya Tədrisi Mərkəzi” bildirir ki, parlament seçkilərində

CİDDİ NARAHATLIQ DOĞURAN POZUNTULAR BAŞ VERİB

“Yerli icra hakimiyyəti orqanları müxalifət və bitərəf namizədlərə seçki kampaniyası zamanı – namizədliklərin irəli sürülməsi və qeydiyyat dövründə təzyiqlər ediblər.

Müxalifət namizədlərinin yarıdan çoxu, bitərəf namizədlərin isə üçdə biri seçkiyə buraxılmayıb”.

“Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli bu gün Azadlıq Radiosunun İşdən sonra proqramında deyib:

“Müşahidəçilər səsvermə günü həddən artıq pozuntu hallarının baş verməsi haqda məlumat veriblər.

O cümlədən seçki məntəqələrinin 26 faizində qutulara topa şəklində bülleten doldurulması, məntəqələrin 24 faizində bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi, barmaqların mürəkkəblənməməsi...”

Anar Məmmədli
Seçki Monitorinqi və Demokratiya Araşdırmaları Mərkəzi bildirir ki, dairələrin 12 faizində verilən səslərin sayı yekun protokolla uzlaşmayıb.

Dairələrin 25 faizində isə yekun protokolların surəti açıqlanmayıb.

“Müşahidəçilər və namizədlərin nümayəndələri seçki məntəqələrində güclü təzyiqlərlə üzləşiblər. Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 40 müşahidəçisinə seçkini izləmək imkanı verilməyib, təşkilatın 10 müşahidəçisi isə məntəqələrdən zorla çıxarılıb”.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi bildirir ki, dairələrin 10 faizində onların müşahidəçiləri müşahidə zamanı maneələrlə üzləşiblər.

“Belə təzyiqlərin çoxu

QUBA, QUSAR, NAXÇIVAN VƏ SABİRABADDA BAŞ VERİB”

Mərkəzi Seçki Komissiyası isə bildirir ki, seçki zamanı nəticələrə ciddi təsir edəcək pozuntu baş verməyib. Seçkidə qalib gəldiyi elan edilən hakim Yeni Azərbaycan Partiyası da seçkilərin şəffaf keçirildiyini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG