Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

«Obama xristianlarla müsəlmanlar arasında yeni ümiddir»


Obama Cakartada

Obama Cakartada

ABŞ prezidenti Barak Obama Cakartaya gəlib. Onun 10 günlük Asiya səfərinin ikinci dayanacağı İndoneziyadır, bundan əvvəl Hindistanda olub.

İndoneziya dünyanın ən çox müsəlman əhalisi olan ölkədir. Obama Birləşmiş Ştatların bu ölkə ilə təhlükəsizlik və ticarət əlaqələrini artırmaq, həmçinin böyük İslam dünyasına müraciət etmək istəyir.

Prezident Susilo Bambang Yudhoyono ilə görüşmək üçün dövlət sarayına gedən Obama fəxri hərbi qaravul tərəfindən ehtiramla qarşılanıb.

Uşaq vaxtı 4 ilini İndoneziyada keçirən və burda kifayət qədər populyar olan Obama daxili problemləri ucbatından İndoneziyaya səfərini iki dəfə təxirə salmalı olub.

Amma onun özünə ayırmağa az da olsa vaxtı qalacaq. Hərçənd Ağ Ev indi bildirir ki, vulkan püskürməsinin atmosferdə yaratdığı kül nəticəsində Obamanın turistlik planı təxirə düşə bilər.

RAZILAŞMALAR İMZALANACAQ

Gözlənir ki, ABŞ prezidenti həmkarı Yudhoyono ilə görüşündə İndoneziyadakı iqtisadi artımı və demokratik prosesi tərifləyəcək.

Hər iki tərəfin bir il əvvəl ticarət, investisiya, təhlükəsizlik və təhsil sahələri ilə bağlı razılaşmanı imzalayacaqları ehtimal olunur.

MÜSƏLMAN DÜNYASINA MÜRACİƏT

İndoneziyada iki gün qalması nəzərdə tutulan Barak Obama noyabrın 10-da Cənubi Asiyanın ən böyük İstiqlal məscidinə gedəcək. Onun müsəlman dünyasına ünvanlanmış nitq söyləyəcəyi gözlənir.

Bu səfərin prezidentin müsəlman olması fərziyyələrini möhkəmləndirəcəyindən narahat olanlar da vardı, amma ekspertlər və dini liderlər deyirlər ki, indoneziyalılar bunu müsəlman dünyasına müraciət etmək kimi qiymətləndirirlər

“Bu göstərəcək ki, Obama müsəlmanlarla əlaqələrin daha yüksək qurulmasını istəyir”- İstiqlal məscidinin imamı Əli Hanafiah “The Times”ə belə deyib. Onun sözlərinə görə, hələ də Amerikanın üstündən asılı qalan Corc Buş mirasına baxmayaraq, Obama xristianlarla müsəlmanlar arasında yeni ümiddir.

Barak Obama və Susilo Bambang Yudhoyono
İmam Hanafiah deyir ki, məsciddə Obamanın dini inancı barədə şayiələri darmadağın etməyə köməkçi ola bilən bir çox xristian simvolları var. Bu simvolları xristian fransız arxitektoru 1950-ci ildə işləyib.

MƏN ONDAN SORUŞACAM...

Məscid İsa peyğəmbərin şagirdlərini təmsil edən 12 sütundan ibarətdir. Yuxarı divarların kəsişməsi xaça bənzəyir

“Biz inanırıq ki, bütün dinlər üçün yer var və ümid edirik ki, cənab Obamanın səfəri bu ideyanı gücləndirəcək, buna baxmayaraq, mən şəxsən ondan soruşmaq istərdim ki, müsəlman olan və olmayanlar barədə nə düşünür” - imam Hanafiah belə deyir.

SƏFƏRƏ ETİRAZ VƏ SUNAMİ

Amma Obamanı heç də hər kəs salamlamayacaq. ABŞ prezidentini ölkəsinin Cakartadakı səfirliyinin qabağında etiraz qarşılayacaq. Bazar günü 2000-nə yaxın adam onun səfərinə etiraz əlaməti olaraq səfirliyin binasına yürüş edib.

Minlərlə təhlükəsizlik əməkdaşı Cakartanın küçələrində Obamanın səfərinin təhlükəsizliyi üçün səfərbər olunub. Son illərdə İndoneziya hərbi hücumlara məruz qalıb. 2002-ci ilin oktyabrında Bail adasında bomba partlaması nəticəsində 200 adam ölüb.

Obamanın səfəri həm də İndoneziyada Merapi vulkanlarının püskürməsi və sunaminin baş verməsi vaxtına təsadüf edir. Hər iki fəlakət nəticəsində 530-dan çox adam ölüb, minlərlə adam fövqəladə sığınacağa enməyə məcbur olub.

Hindistanda Obama 10 milyardlıq ticarət razılaşması imzalayıb. BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunması üçün Hindistanı dəstəkləyib.

Obama Cakartadan sonra Cənubi Koreyaya və Yaponiyaya gedəcək.

/Tərcümə etdi: Səadət Akifqızı/

Günün bütün mövzuları

XS
SM
MD
LG