Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42
“Hadjikend”, “Sengelmaz oldun”, “La fibre Gandja”, “Le mariage de Mirvari”...

Bu mahnılar Fransada fəaliyyət göstərən “Kazak” (Qazax) qrupunun yeni albomundandır.

Qrupun solisti Frederik Qazaxbəylinin atası 2-ci Dünya müharibəsində almanlara əsir düşmüş, müharibədən sonra isə vətənində repressiyaya məruz qalmasından ehtiyatlanıb Fransada qalmış İlyas Qazaxbəyli olub.

Fred – İlyas Qazaxbəylinin Qrenoblda ailə qurduğu fransız qızından olan iki oğlundan biridir.

Qrupun digər solisti - əslən həm də Əlcəzairdən olan Müluka Obridir.

Qrupun gitaraçısı və bir çox mahnılarının bəstəkarı – Filip Fontendir.

Yeni albomu yazmaqda onlara Azərbaycan ifaçıları da kömək ediblər.

(“Qazax” haqda daha ətraflı oxu)

“Sən gəlməz oldun" mahnısını dinlə:

“Hacıkənd” (Əmiqızı Gülnarə) mahnısını dinlə:

Qrupun digər mahnılarına onların saytında - kazak.fr saytında qulaq asmaq olar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG