Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:25

Xarici İşlər Nazirliyində seçki söhbəti


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun direktoru Yanes Lenarçiçi qəbul edib.

XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşün mövzusu Azərbaycanda 7 noyabr parlament seçkiləri və ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar Bürosunun nümayəndələrindən ibarət beynəlxalq missiya tərəfindən seçkilərə verilən qiymət olub.

Elmar Məmmədyarov missiyanın “seçkilərin yekunlarına həsr edilmiş birgə bəyanatında bir sıra ziddiyyətlər təşkil edən fikirlərin” olduğunu qeyd edib.

Nazir deyib ki, hesabatda eyni bəyanatda seçki məntəqələrinin 90 faizində seçki günü səsvermənin müsbət qiymətləndirilməsi fikri ilə yanaşı, seçki günü ciddi pozuntuların olması kimi ziddiyyətli qiymətləndirmələr də var.

XİN mətbuat xidməti Yanes Lenariçin məsələ ilə bağlı verdiyi cavabı açıqlamır.
XS
SM
MD
LG