Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:27
18 saylı Nərimanov-Nizami seçki dairəsindən bir neçə deputatlığa namizəd dairədəki seçki pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına və ATƏT-in Bakı ofisinə şikayət ünvanlayıb. Sənədə adı çəkilən pozuntuları əks etdirən 62 qoşma sənəd də əlavə olunub.

Namizədlər bildirir ki, 18 saylı dairənin bütün məntəqələrində səslər hakimiyyətin deputat kimi nəzərdə tutduğu namizəd Rasim Musabəyovun xeyrinə şişirdilərək saxtalaşdırılıb. Həm də namizədlərin iddialarına görə, hər məntəqədə səslər 2-3 dəfə şişirdilib.

Namizədlər dairə ərazisindəki 3 qapalı müəssisədə təbliğata imkan verilmədiyindən bu müəssisələrdə səsverməni dayandırmaq üçün hələ seçkidən də bir neçə gün öncə MSK-ya uyğun müraciət etdiklərini xatırladırlar.

Sənədi deputatlığa namizədlər Cəmil Həsənli, Əhməd Oruc, Ənvər Ağazadə, Rafiq Abdullayev imzalayıblar.

Rasim Musabəyov isə AzadlıqRadiosuna bildirib ki, “bunu sübut edə bilirlərsə, buyurub sübut etsinlər. Düşünürəm ki, etmək iqtidarında deyillər”.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG