Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:40

Almanlar “nüvə tullantı”larına “yox” deyir


Almaniyanın şimalında ekoloji təşkilatların minlərlə fəalı nüvə tullantılarının basdırılmasına etiraz edir. Etirazçılar bu gün nüvə tullantılarını gətirən yük maşınlarının qabağını kəsib.

Ekoloqlar nüvə tullantılarının Fransadan alınıb alman şəhəri Danenberqə gətirilməsinə etiraz edirlər. Aksiyaya yalnız ekoloqlar yox, yerli fermerler də qoşulub.

Nüvə tullantıları 123 tondur. Etirazçılar Fransa Almaniya dəmiryolunu bağladığından 20 km-lik məsafəni yük maşınları ilə davam etmək məcburiyyəti yaranıb.

Almaniya illərdir ki, Gorlebendə nüvə tullantılarını saxlayır.

“Nüvə tullantılar”ına hər il etirazlar olur. Amma bu dəfə xüsusilə etiraz aktiv olub. Çünki Almaniyanın kansleri Angel Merkel nüvə energetikasından imtina etmə planını təxirə salıb.
XS
SM
MD
LG