Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:24

Akademik Milli Dram Teatrının kollektivi buraxılacaq


Yanvarın 1-dən islahatlar çərçivəsində Akademik Milli Dram Teatrının kollektivi buraxılacaq. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. APA-nın məlumatına görə, nazir deyib ki, hansı tamaşalar qoyulacaqsa, həmin tamaşalara uyğun rejissor və aktyorların yenidən qəbul olunması müqavilə əsasında həyata keçiriləcək.

Əbulfəs Qarayevin sözlərinə görə, dünya teatrları müqavilə əsasında işləyir, onlar da Azərbaycanda bu sistemi yaratmaq istəyirlər. O, bütün teatr kollektivlərinin işlə təmin olunacağını deyir, amma əlavə edir ki, pislər kənarda qalacaq. Nazir deyir ki, islahatların əsas məqsədi Azərbaycan teatr sənətinin səviyyəsini qaldırmaqdır.

Cənab Qarayev deyib ki, Akademik Milli Dram Teatrının aktyorlarının müsabiqəsini keçirəcək komissiyanın tərkibi artıq məlumdur. Komissiyaya nazir müavini rəhbərlik edir:

“Hər şey ədalətli olacaq. Tam əminəm ki, komissiya sədri düzgün qərar qəbul edərək, çox maraqlı nəticələr əldə edəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG