Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

“İstiqlal” snayper tüfənginin yeni versiyası Türkiyədə istehsal olunacaq


Azərbaycan mühəndisləri tərəfindən yaradılmış “İstiqlal” snayper tüfənginin yeni versiyası Türkiyədə istehsal olunacaq. Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Təşkilatının (MKEK) baş direktoru Ünal Önsipahioğlu məlumat verib.

Ünal Önsipahioğlunun sözlərinə görə, Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşmaya əsasən, Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış “İstiqlal” snayper tüfənginin İST 12,7 modelini istehsal edəcəklər.

“Hazırda bununla bağlı işlər aparılır. Eyni zamanda texnologiyaların mübadiləsi prosesi gedir”, - deyə Ü. Önsipahioğlu vurğulayıb.

Şirkət rəhbəri onu da əlavə edib ki, “İstiqlal” snayper tüfəngi bir sıra özəlliklərə malikdir və bu silahın Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alması mümkündür.

Azərbaycanın istehsalı olan İST12,7 snayper tüfəngi uzaq məsafədəki, hətta zirehli hədəflərə qarşı artırılmış effektliliyə malikdir. Bu tüfəngdən açılan güllənin 100 metr məsafədən 20 mm qalınlığındakı zirehi deşmə ehtimalı 90% təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG