Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07
“İnsan Naminə” siyasi partiyalar bloku 7 noyabr parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edir.

Blokun bəyanatında bildirilir ki, seçkilər hakimiyyət strukturlarının kobud müdaxilələri və total saxtakarlıq şəraitində keçirilib. Buna görə də yol verilmiş qanun pozuntularının əks olunduğu sənədlər əsasında blokun namizəd irəli sürdüyü dairələr üzrə nəticələrin ləğv olunması üçün hüquq müstəvisində bütün addımlar atılacaq.

“Milli Məclisə seçkilərdə hakimiyyət yenə də öz “ənənə”sinə sadiq qalaraq vətəndaşların seçmək və seçilmək hüquqlarını tanımaq niyyətində olmadığını növbəti dəfə nümayiş etdirdi”,- deyə, bəyanatda bildirilir.

Siyasi blok həmçinin Azərbaycanda demokratik proseslərin inkişafında maraqlı olduqlarını bəyan edən nüfuzlu beynəlxalq təşkilatların 7 noyabr seçkilərinin azad və ədalətli keçirilməsi məsələsində yetərincə prinsipiallıq göstərməmələrini də təəssüflə qeyd edir.

“İnsan naminə” seçki blokuna Vətəndaş və İnkişaf, Liberal partiyaları daxildir.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG