Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:12

Hikmət Carçılı "Arkadaş"















Arkadaş!..

Bir siqaret yandır arkadaş,
bir şüşə araq gətir süfrəyə
yandırım içimi yavaş-yavaş
yandırım içimdəki ağrıları çatır çatır,
geriyə heç nə buraxmayım əzablarımdan sabah doğulacaq övladlarım üçün
bir siqaret yandır
od vurum dost xəyanətinə,
od vurum nifrətə,
içimdəki adı “pislik” deyə anılan hər şeyə...
xoş gün bağışlamaq istəyirəm gələcəyə.

Bir şüşə araq gətir, içim
məni rahat buraxmayan,
hər şeyə paxıllıqla baxdıran qurddan təmizlənsin içim
bir şüşə araq gətir, içim arkadaş,
dərdim böyük...
içib danışacam,
piyan olub yatacam bilirəm
tüm dünya ayılacaq, əminəm...

əminəm bundan belə silah çapını dayandırıb
kitab çapına başlayacaq ən iri fabrikalar
dünya cocuqları güllə səsi deyil,
şeir səsi eşidəcək,
əminəm bundan belə
müharibəni yalnız nağıllarda görəcək dünya
dünyanın hər yerində
qoparıb atacaq çinlərini
ən siravi əsgərdən
ən ali hərbiçiyədək....

...içib danışacam sonuncu dəfə
piyan olub yatana kimi
amma dünya ayılacaq
daha heç kim vəd verməyəcək
daha vədə qulaq asmayacaq heç kəs
kiminsə yüyəni kimdəsə olmayacaq
kimsə başqa birinin
törətdiyi əmələ görə gözü kölgəli olmayacaq sabah...
bu gün sonuncu günümdür
sabah mən də içməyəcəm damağımdakı axırıncı siqaretdir
axırıncı dəfə yandır arkadaş!

bu günə əlvida deyim
bir şüşə araq gətir
yüz yüz vurum bu günün sağlığına sonuncu dəfə!


Kaş...

Kaş geriyə qaytaraydım ötən günləri,
üç, dörd yaşımı,
məsumluğumu, bulaq suyu qədər təmizliyimi
kaş geriyə qaytaraydım
əmoğlum Qurbanın əsgərlikdən
məzuniyyətə gəldiyi günü,
və biz cocuqlar oynadığımız an
çığır bağır salanda
üstümüzə qışqırdığını
kaş geriyə qaytaraydım.
kaş geriyə qayıdaydı

tarixin hansı günü dəqiq bilmirəm
amma dəqiq yadımdadır
elə həmin gün
nə üçünsə qohumlarım hamı
qapana çıxıb çəkisini ölçürdü,
(amma dəqiq bilirəm,
bilirəm ki,
bir saat əvvəl
kök qoyunun ətindən
adını bilmədiyim yeməkdən yemişdi hamısı)
və mən ya nədənsə qorxduğumdan,
və yaxud kimdənsə utandığımdan
qapan təklifindən imtina etdiyim an
hönkür-hönkür ağladığım an
kaş geriyə qayıdaydı...
kaş geriyə qaytaraydımötən günləri
o günlər ki,
paltarımın cırıq-söküyünü üzümə vururdu tay-tuşlarım,

o günlər ki,
tay-tuşlarım top dalınca qaçırdı,
mən yıxılırdım
və hər yerdən ayağa qalxanda dizlərimdən qan silirdim,
mən bilirdim, nə çəkirdim
allahın da xəbəri yoxuydu əzablarımdan
bu günsə gəlib ki, qəbul et məni
durub qarşımda
beş ildən bir səs lazım olanda qapını açan
deputatlığa namizədlər kimi...
kaş qəbul edə biləydim, kaş
kaş mən də ağzına su alıb
hər şeyə başıyla “hə” deyə cavab verən biri olaydım
amma ki, bacarmıram,
bağışlamıram diqqətsizliyi, ayrıseçkiliyi...

...kaş bacaraydım...
kaş geriyə qaytaraydım
ürəyimdə sonuncu dəfə boğduğum
azərbaycanlı mərhəmətini,
kaş geriyə qaytaraydım sonuncu dəfə göz yaşlarına aldanıb
düşməni əfv etdiyim günü
kaş geriyə qaytaraydım...
qaytaraydım,
qaytaraydım,
“daş ürəkli” olmayaydım....
KAŞ,
hamı kimi olaydım!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG