Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:36

Bu gün də hava yağmursuz olacaq




Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 10-13, gündüz 19-22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 15-18 dərəcə təşkil edəcək.
XS
SM
MD
LG