Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:23

Bu il miqrantlar evlərinə 325 milyard dollar göndərib




Dünya Bankından verilən məlumata görə, iqtisadi böhrana baxmayaraq, miqrantlar öz evlərinə iri məbləğdə pul göndərməyə davam edirlər. 2010-cu ildə pul köçürməsi ümumilikdə 325 milyard dollar olub.

Bu il pul köçürməsi əvvəlki illərlə müqayisədə 6 faiz artıb. Ən çox pul alan ölkə Hindistan, Çin, Meksika və Filippin olub. Hindistan xarici ölkələrdə yaşayanlardan 55 milyard dollar alıb. Çin 51 milyard, Meksika 22,6 milyard dollar əldə edib.
Dünya Bankı proqnozlaşdırır ki, gələn il miqrantların evlərinə göndərdikləri pulun ümumilkdə həcmi bir az da artıb 346 milyarda çatacaq.
XS
SM
MD
LG