Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:04

Britaniya Çinlə ticarət əlaqələrini artırmaq istəyir



Böyük Britaniyanın baş naziri Devid Kameron bu gün Çinə iki günlük səfərə gedib. Onun səfərinin məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsidir. Kameron çinli həmkarı ilə görüşəcək. Onun nümayəndə heyətinə 50 biznesmen də daxildir. Kameron bu iş adamlarını "ticarətin inkişafı üçün vacib missiya" kimi təsvir edib.
Kameron deyib ki, onların məqsədi Çinlə ikitərəfli ticarət əlaqələri dövriyyəsini 2015-ci ilə kimi iki dəfə artırmaqdır.
Kameronun sözlərinə görə, Britaniyanın Çinə ixracatının 30 milyard dollara çatmasını istəyir.
Britaniyanın 2009-cu ildə Çinə mal və xidmət ixracatı 12,4 milyard dollar olub.
XS
SM
MD
LG