Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31

Kərzayi xarici qoşunların 2014-cü ildə Əfqanıstanıə tərk edə biləcəklərini deyir


ABŞ-ın müdafiə naziri və Birləşmiş Qərargahın rəisi Əfqanıstanda təhlükəsizliyə nəzarətin yerli qüvvələrə verilməsi barədə möhləti prezident Həmid Kərzayinin qəbul etməsini alqışladıqlarını deyiblər. Əfqanıstan prezidenti ölkədə təhlükəsizliyə nəzarəti 2014-cü ildə ABŞ və NATO qoşunlarından təhvil ala biləcəklərini deyib.

Amma bundan əvvəl Karzayi 2014-cü ilə hazır ola bilməyəcəklərini bildirirdi.

ABŞ prezidenti Barak Obama həmin möhləti bu ayın sonunda Lissabonda NATO müttəfiqləri ilə də müzakirə edəcək.

Artıq terror əleyhinə beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstana girməsindən 10 il keçir. ABŞ gələn yaydan 100 min nəfərlik hərbi qüvvəsini Əfqanıstandan geri çəkməyi planlaşdırdığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG