Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:12

«Oğlumla fəxr edirəm»


Mübariz İbrahimov
“Bizim cəsədimizi özümüzə qaytardığına görə dövlətimizə və prezidentimizə təşəkkürümü bildirmişəm. Oğlumla fəxr edirəm”.

Noyabrın 6-da cəsədləri Azərbaycana qaytarılan həlak olmuş hərbçilərdən birinin - Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov belə deyir. O şükr edir ki, xeyli vaxtdır Ermənistan Silahlı Qüvvələri tərəfindən girov saxlanılan oğlunun nəşi axır ki, geri alındı və Fəxri Xiyabanda dəfn edildi.

Ata oğlunun yolunu çox gözlədiyini bildirir və bu gözləntinin sonunda görüşün nəhayət ki, baş tutmasına görə hamıya minnətdarlıq edir.

Noyabrın 7-də dəfn edilən Mübariz İbrahimov bu il iyulun 18-də, Fərid Əhmədov isə sentyabrın 4-də Tərtər rayonu istiqamətində Ermənistan hərbçiləri ilə döyüşdə həlak olublar.

RƏSMİ RAZILAŞMA...

O vaxtdan Azərbaycan tərəfin bütün cəhdlərinə baxmayaraq, hərbçilərin cəsədlərini qarşı tərəfdən almaq mümkün olmamışdı. Yalnız Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında ötən ayın sonlarında Həştərxanda imzalanan rəsmi razılaşmadan sonra bu mümkün olub.

Noyabrın 6-da Azərbaycan qarşı tərəfə bu il iyunun 18-də Tərtər cayından tapılmış Arustamyan Qavruşa Xaçaturoviçin cəsədini verməklə öz hərbçilərinin nəşini geri alıb.

2 HƏRÇİ HƏLƏ DƏ ƏSİRLİKDƏDİR

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Firudin Sadıqov AzadlıqRadiosuna bildirib ki, hazırda Ermənistanda Azərbaycanın 2 hərbçisi əsirlikdədir. Komissiya rəsmisi onların nə vaxt qaytarılacagı barədə isə məlumat vermir.

Noyabrın 4-də isə Həştərxan razılaşmasına uyğun olaraq sentyabrın 11-də Azərbaycan hərbçilərinin saxladığı, sonra isə kamerada intihar etdiyi bildirilən Ermənistan vətəndaşı Sarıbekyan Manvel Mamikonoviçin də meyiti qarşı tərəfə təhvil verilib.

Eyni zamanda, Ermənistan tərəfi ötən il dekabrın 28-də girov götürülmüş Azərbaycan vətəndaşı Eldar Tağıyevi geri qaytarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG