Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:50

Netanyahu İrana hərbi təzyiqləri qaçılmaz hesab edir


İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, yalnız ciddi hərbi təzyiqlər İranı nüvə silahı yaratmaqdan çəkindirə bilər. Bu barədə o, noyabrın 7-də ABŞ-ın vitse-prezidenti Coe Baydenlə görüşündə bildirib. Netanyahu Baydenlə birlikdə ABŞ-da yəhudi icmasının nümayəndələri ilə görüşüblər.

Bundan bir qədər sonra ABŞ-ın Müdafiə naziri Robert Qeyts jurnalistlərə bildirib ki, İranı nüvə silahı yaratmaqdan dayandırmaq üçün ciddi hərbi təzyiqlərə ehtiyac olması fikri ilə o qədər də razı deyil.

Həm ABŞ, həm də İsrail bundan əvvəl İranı nüvə silahı yaratmaq planından çəkindirmək üçün bütün planların, o cümlədən də hərbi müdaxilə variantının stolun üstündə olduğunu bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG