Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

Yerevandan Tbilisiyə uran qaçaqmalçılığı


2007-ci ildə Slovakiyada və Macarıstanda qaçaqmalçılardan tutulan radioaktiv maddələr
2007-ci ildə Slovakiyada və Macarıstanda qaçaqmalçılardan tutulan radioaktiv maddələr

“Ermənistan nüvə qaçaqmalçılığı məntəqəsi kimi meydana çıxır”- bunu Britaniyanın Daily Telegraph qəzeti yazır.

Yüksək səviyyədə zənginləşdirilmiş uran (HEU) qaçaqmalçılarının Gürcüstanda gizli əməliyyat nəticəsində həbs olunduğunu prezident Mixeil Saakaşvili hələ aprel ayında Vaşinqtonda sammitdə demişdi.

Ancaq həmin uran əməliyyatının təfərrüatları indi elan olundu.

SİQARET QUTUSUNDA URAN

Məlum oldu ki, mart ayında erməni milliyətindən olan iki nəfər – Sumbat Tonoyan adlı biznesmen və Hrant Ohanyan adlı fizik Ermənistanın paytaxtı Yerevandan Gürcüstan paytaxtı Tbilisiyə qatarla yüksək səviyyədə zənginləşdirilmiş 18 qram uran keçiriblər.

Həmin uran sərhəddən siqaret qutusunda keçirilib. Qutunun içərisi qurğuşun təbəqəsi ilə örtülübmüş.

18 qram uranla təbii ki, bomba düzəltmək mümkün deyil. Bu, alıcıya göstərmək üçün nümunə olub.

ALICI KİM İDİ?

Həmin iki qaçaqmalçı elə bilirmiş ki, alıcı bir ekstremist islamçı qrupdur. İslamçı qrup kimi danışıq aparanlar Gürcüstanın məxfi xidmətinin əməkdaşları olub.

Tutulan uranın zənginləşdirmə faizi 89,4 % olub. Bu səviyyədə zəngin uran nüvə bombası düzəltməyə kifayət edir.

Qaçaqmalçılar uranı hardan alıblar? Daily Telegraph yazır ki, bəzi faktlara görə, həmin uran Rusiyanın Novosibirsk şəhərindəki nüvə zavodundan oğurlanıb.

Britaniyanın Guardian qəzeti isə yazır ki, uran belə az olanda Amerikanın çox bahalı xüsusi detektorlarını da adlayıb keçə bilir. Cihazlar uranı göstərmir.

İndi sual yaranıb ki, uran belə asanlıqla əldə olunub, daşına bilirsə, ekstremist qruplar indiyə kimi zənginləşdirilmiş uran ala biliblərmi?

700 TON URAN

Ehtimallara görə, Rusiyada 700 ton yüksək səviyyədə zənginləşdirilmiş uran var. Bu uran Rusiyada yüzlərlə zavodda, laboratoriyada yerləşir.
Bunun nə qədəri indiyə kimi oğurlanıb?
Aysberqin görünməyən hissəsi nə boydadır?

Guardian başqa təfərrüatları da yazır.

İki erməni qaçaqmalçısından tutduğu uranı Gürcüstan Amerikaya testə göndərib.
Amerika təsdiqləyib ki, bu uranın zənginləşmə faizi atom bombası düzəltməyə bəs edir.

Həmin iki erməni qaçaqmalçısı isə deyib ki, Yerevanda onların təchizatçısı daha çox uran verə biləcəyini bildirirdi.

59 yaşlı fizik Ohanyan Yerevanın Fizika institutunda işləyir.

O və 63 yaşlı iş adamı Tonoyan martın 11-də Tbilisidə hoteldə guya islamçı qrupun təmsilçisi ilə görüşdə 18 qram uran verərkən tutulublar.
Həmin “təmsilçi” Gürcüstanın Milli Təhlükəsizlik zabiti olub.

GÜRCÜSTANDA BİRİNCİ NÜVƏ QAÇAQMALÇISI DADAYAN İDİ

Guardian yazır ki, bu hadisə Gürcüstan üçün heç də yeni deyil.
Son 7 ildə Gürcüsatnda 3 –cü dəfədir ki, HEU tutulur.
Hər 3 halda izlər gedib Novosibirskdəki nüvə zavoduna çıxır.

Guardian yazır ki, 2003-cü ildəki birinci hadisədə də qaçaqmalçı erməni milliyətindən idi. Qarik Dadayan adlı həmin şəxs əvvəlcə Novosibirskə gedibmiş, sonra isə Gürcüstana 200 qram uran keçirəndə tutuldu.

İndi tutulan Tonoyan və Ohanyan uranı həmin Dadayandan aldıqlarını deyirlər.
Dadayan 2005-ci ildə azadlığa çıxıb.

Gürcüsatnada uran qaçaqmalçılığı ilə bağlı ikinci hadisədə tutulanın adı isə Oleq Xintsaqov idi. O əvvəlcə deyirdi ki, uranı Novosibirskdən gətirib, ancaq sonra ifadəsini dəyişdi.

“O VAXT BÖYÜK MİQDARDA URAN YOXA ÇIXDI”

Gürcüstanda son uran qaçaqmalçılığı hadisəsini araşdıran istintaq qrupunun rəhbəri Arçil Pavlenişvili deyir:
“Çox böyük ehtimalla bu uran 1990-cı illərin ortasında oğurlanan urandır. O vaxt böyük miqdarda radioaktiv maddələr yoxa çıxmışdı. Bunlar hardasa gizlədilir. Vaxtaşırı kimsə alıcı axtaranda, bu uran orda –burda üzə çıxır.”

Sonda qəzet bir faktı da qeyd edir. Atom bombası düzəltmək üçün 50 kq uran lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG