Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

Rusiya jurnalistləri prezident Medvedevə etiraz məktubu göndəriblər


Rusiyada bir qrup jurnalist həmkarlarının ölümcül döyülməsinə görə prezident Dmitri Medvedevə etiraz məktubu göndəriblər. “Kommersant” qəzetinin noyabrın 8-də yayılan sayının birinci səhifəsində çap olunan açıq məktubda prezidentdən jurnalistlərin daha yaxşı qorunması tələb edilir.

Ötən həftənin şənbə günü həmin qəzetin əməkdaşı Oleq Kaşin döyülərək komada xəstəxanaya yerləşdirilib. Onun döyülməzi zamanı çəkilmiş 90 saniyəlik video Rusiyada intertnet saytlarında, hətta dövlət telekanalında nümayiş etdirilib.

Jurnalistlər prezidentə yazdıqları açıq məktubda bildirirlər ki, təkcə bu il ölkədə səkkiz jurnalist öldürülüb. Onlar bildirirlər ki, bu vəziyyət təkcə jurnalistlərin təhlükəsizliyi məsələsi deyil, həm də ölkədə “danışmaq və eşitmək” azadlığına təhlükə yaradır.

Noyabrın 8-də Moskvada “Jukovskie Vesti” qəzetinin əməkdaşı döyülərək başından aldığı ciddi yaralarla xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG