Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

“AXCP_Müsavat” bloku seçkilərin nəticələrinin ləğvinə çağırır


“AXCP_Müsavat” bloku parlament seçkilərinin ilkin nəticələrini tanımır və hakimiyyəti seçkilərin nəticələrini ləğv etməyə çağırır.

Bu bəyanatla bu gün keçirdikləri mətbuat konfransında Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli çıxış ediblər.

İsa Qəmbər bildirib ki, onlar seçki saxtakarlıqları ilə bağlı artıq məhkəmələrə müraciət etmək üçün sənədlər hazırlayır. Əli Kərimli isə beynəlxalq müşahidəçilərin rəylərinin də seçicilərdə hiddət doğurduğunu deyib. Bildirib ki, azad, şəffaf və ədalətli olmayan seçki beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu xeyli zəiflədir.

Blokun yaydığı birgə bəyanatda bildirilir ki, Milli Məclisə seçkilər ərəfəsində ölkədə normal seçkiqabağı demokratik şərait olmayıb, müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam edib. Demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb, bütün seçki komissiyalarında hakim partiya nümayəndələri həlledici səs çoxluğuna malik olub.

Bundan başqa da qeydə alınmış namizədlərə həm təşviqat zamanı, həm də seçki günü bərabər şərait yaradılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG