Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

İraqda əsas siyasi blokların rəhbərləri görüşəcək


Bu gün İraqda əsas siyasi blokların rəhbərləri görüşəcək. Bu görüşdə onlar gələcək hökumətin qurulması ilə bağlı razılaşmanı müzakirə edəcəklər.

İraqda parlament seçkiləri 8 ay əvvəl keçirilib. Hökumətin qurulması ilə bağlı razılığın isə bu günlərdə əldə olunduğu bildirilir.

Baş nazirin Nuri əl-Malikinin olacağı gözlənilir. “İraqiyyə” blokunun lideri İyad Allauri isə parlamentin spikeri vəzifəsinə namizəd olacaq.

Noyabrın 11-də spikeri seçmək üçün İraq parlamentinin yığışacağı gözlənilir.

XS
SM
MD
LG