Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44
«Azərbaycanda keçirilən 7 noyabr parlament seçkiləri demokratik, yaxşı təşkil olunmuş və Azərbaycan qanunlarına uyğun keçirilib».

Noyabrın 8-də keçirdikləri mətbuat konfransında Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən 7 noyabr parlament seçkilərinə ilkin rəyi belə ifadə edib.

Sergey Lebedev seçki günü müşahidə etdikləri çatışmazlıqlardan da danışıb.

«İlk gördüyümüz qanun pozuntusu o oldu ki, bəzi seçicilər öz adlarını seçici siyahılarında tapa bilmirdilər, bu da min nəfərdən üçü belə halla üzləşib. Bundan başqa bəzi məntəqələrdə müşahidəçilər üçün ayrılan yerlər bir qədər kənarda idi və biz məntəqə rəhbərlərinə deyəndən sonra onların yerlərini dəyişirdilər».

Sergey Lebedev bildirib ki, MDB müşahidə missiyası yekun qiymətləndirməsini Mərkəzi Seçki Komissiyasının yekun rəyindən sonra açıqlayacaqlar.

Sergey Lebedevin sözlərinə görə, noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərini MDB ölkələrindən olan 350 nəfərlik missiya müşahidə edib.

SEÇKİNİ BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG