Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:25

125 dairənin 72-də YAP liderdir


Gecə saat 3-ə yaxın MSK sədri Məzahir Pənahov bazar günü parlamentə keçirilmiş seçkilərin ilkin yekunlarını açıqlayıb. Bu nəticələr “Seçkilər” informasiya sistemi üzrə seçki məntəqələrindən alınmış məlumatlara əsaslanıb.

Həmin məlumatlara görə, seçkilərdə prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) liderlik edir.

YAP-ın nümayəndələri 125 dairənin 72-də liderlik edir. Ötən parlamentdə YAP yalnız mandatların yarısına malik idi.

Milli Məclisə 10 partiyanı təmsil edən daha 13 namizəd keçib. Bunlar Vətəndaş Həmrəyliyi Partiyası (3), Ana Vətən Partiyası (2), Demokratik İslahatlar (1), Böyük Quruluş (1), Xalq Dirçəliş Hərəkatı (1), Ümid (1), Sosial Rifah Partiyası (1), Vətəndaş Birliyi Partiyası (1), Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası (1), Ədalət Partiyasıdır (1). 37 dairədə isə bitərəf namizədlər qalib gəlib.

MSK sədri Məzahir Pənahov mətbuat konfransında seçkilər zamanı ciddi pozuntuların olması faktını inkar edib və gün ərzində belə məlumatların daxil olmadığını bildirib. O 31 saylı Suraxanı ikinci dairəsində yaranmış problemi inkar edib. Bu dairə üzrə nəticələr digər dairələrə nisbətən çox gec açıqlanıb.

Bu dairədən namizədliyini irəli sürmüş AXCP lideri Əli Kərimli bildirib ki, məntəqələrdən protokolların surətləri onun nümayəndələrinə verilməyib, hətta işə ATƏT nümayəndələri müdaxilə edib. Bununla belə, MSK həmin dairə üzrə lider başqa namizədi - Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyevi elan edib.

Yekun rəsmi nəticələr bir ay ərzində elan olunacaq.
Seçkilərdə 2 480 205 seçici və ya onların ümumi sayının 50,14%-i iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG