Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

TürkPA: «Seçki demokratik keçirilib»


Parlament seçkisində 2 nəfər bir kabinədə, 07 Noyabr 2010

Parlament seçkisində 2 nəfər bir kabinədə, 07 Noyabr 2010

Türkdilli Ölkələr Parlament Assambleyasının (TürkPA) müşahidə missiyası Azərbaycanda seçkilərin demokratik və beynəlxalq standartlara cavab verdiyini bəyan edib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanda parlament seçkilərini müşahidə etmiş TürkPA missiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı bildirib.

Mustafa Kabakçının sözlərinə görə, TürkPA seçkiləri beynəlxalq müşahidəçilərlə bir yerdə müşahidə edib. Səfər çərçivəsində missiya xarici işlər naziri Elmar Məmmədyarov və MSK sədri Məzahir Pənahovla görüşüb.

Missiyanın bəyanatını oxuyan Mustafa Kabakçı qeyd edib ki, parlament seçkilərində Azərbaycandakı bütün siyasi və ictimai qüvvələr təmsil olunub, eyni zamanda beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün şərait yaradılıb. TürkPA missiyası Xəzər, Nərimanov və Binəqədi rayonlarında seçkilərin gedişini izləyib. Yaradılmış şəraiti yüksək qiymətləndirən Mustafa Kabakçı bildirib ki, müşahidə missiyası məntəqələrin açılışından bağlanışına, bülletenlərin sayılmasına qədər bütün prosesi izləyib.

«Seçki məntəqələrinin bir qismində seçkilərin canlı olaraq yeni texnologiyalar vasitəsi ilə internet üzərindən izlənməsinə, həmçinin məcburi köçkünlərə səsvermə imkanları yaradılıb. Seçki komissiyalarının işlərinə müdaxilələr olmayıb. Exit-poll keçirilməsi üçün zəruri işlər həyata keçirilib», - deyə türkiyəli deputat vurğulayıb.

Kabakçı bildirib ki, bu, TürkPA heyətinin Azərbaycanda ilk seçki müşahidəsidir. Bundan əvvəl TürkPA missiyası Qırğızıstanda keçirilən seçkiləri müşahidə edib.

«Türkiyə hər dönəmdə Azərbaycanın yanında olub. Kim Türkiyədə Azərbaycan əleyhinə olursa, o, Türkiyə və Azərbaycanın düşmənidir, eyni zamanda əksinə», - deyə Kabakçı bəyan edib.

Qazaxıstan parlamentinin üzvü Amangeldi Mamışev də seçkiləri yaxından izlədiklərini, beynəlxalq müşahidəçilərə hər cür şərait yaradıldığını vurğulayıb. Qazaxıstanlı deputat bildirib ki, seçkilərin demokratik, qanunvericiliyin tələblərinə uyğun, heç bir insident olmadan keçirildiyini müşahidə ediblər:

«Bəzi kiçik nöqsanlar da var ki, onlar seçkilərin nəticələrinə təsir göstərən hal sayıla bilməz».

SEÇKİNİ BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG