Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:11

Müxalifətçi müşahidəçilər buraxıldılar


Natiq Ədilov aksiyada polislərin əhatəsində
Natiq Ədilov aksiyada polislərin əhatəsində
QALAN MÜŞAHİDƏÇİLƏR DƏ BURAXILDILAR

Daha sonra qalan müşahidəçilər - Namiq Məmmədov, Ağaverdi Ruşanov və Nizami Cəfərov da sərbəst buraxılıb. Məhkəmə Ağaverdi Ruşanovun müşahidəçiliyini ləğv edib.

ÜÇ MÜŞAHİDƏÇİ SƏRBƏST BURAXILDI


Bu dəqiqələrdə aldığımız məlumata görə, müşahidəçilərdən üçü - Natiq Ədilov, Eldar Hüseynov və Kəmalə Aslanova sərbəst buraxılıb. Qalan üç nəfər isə hələ də məhkəmənin qarşısında gözləyir.

ALTI MÜŞAHİDƏÇİ MƏHKƏMƏDƏ

Müxalifətdən olan altı müşahidəçi - Natiq Ədilov, Eldar Hüseynov, Ağaverdi Ruşanov, Nizami Cəfərov, Kəmalə Aslanova və Namiq Məmmədov Suraxanı rayon Məhkəməsinin qarşısında hakimi gözləyirlər. Bu barədə AzadlıqRadiosuna müşahidəçi Natiq Ədilov məlumat verib.

Ədilovun sözlərinə görə, onları 31 saylı Suraxanı ikinci Seçki Dairəsinin 16 saylı və 30 saylı Suraxanı birinci Seçki Dairəsinin 19 saylı məntəqəsindən gətiriblər:

“Üç saatdan çoxdur ki, gözləyirik. Bizə nə hər hansı bir sənəd və yaxud protokol göstərilib, nə də saxlanmağımızın səbəbi deyilib”.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG