Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

Yaşar Nurinin səhhətində heç bir irəliləyiş yoxdur


Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhətində heç bir irəliləyiş yoxdur. Bunu Lent.az-a aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

O bildirib ki, Yaşar Nuri bu gün səhər 1 saylı kliniki xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib: “Həkimlər əllərindən gələn köməyi əsirgəmirlər. Amma hələ heç bir irəliləyiş yoxdur. Yanına da heç kimi buraxmırlar. Gözləyirik”.

Yaşar Nurinin səhhəti dünən axşam qəfildən pisləşib. Aktyorun təzyiqi qalxıb, eyni zamanda orqanizmində müəyyən fəsadlar yaranıb. Təcili yardım maşını ilə “Medi Club” Tibbi Mərkəzinə çatdırılıb.
XS
SM
MD
LG