Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:12
Frans Press 19:05

Prezident İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının udduğu gözlənilən seçkilər başa çatdı.

Azərbaycan müxalifəti artıq bu seçkiləri saxta seçki kimi ittiham edib.

Müxalifət hakimiyyəti həm də onda ittiham edir ki, hakimiyyət müxalifətin normal seçki aparmaq imkanlarını kəskin şəkildə daraltdı.
Hakimiyyət bu ittihamları rədd edir.

Müxalifət Azərbaycanda daha çox demokratik azadlıqlara nail olmaq üçün beynəlxalq aləmi hakimiyyətə təsir göstərməyə çağırır.
Müxalifət Qərbi isə, öz strateji maraqlarına görə Azərbaycan hakimiyyətinin insan haqları sahəsindəki göstəricilərini az tənqid etməkdə günahlandırır.

RİTA-SİTA 18:00

“Azərbaycanda parlament seçkilərində hər şey sakitdir. Seçki məntəqələri vaxtında açılıb, səsvermə sakit və normal gedir”- bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.

Lebedev 3 seçki məntəqsində olub. O deyib ki, ahıllar və orta yaşlılar səsvermədə daha fəaldırlar.
O , məntəqələrdə yerli müşahidəçilərlə söhbət etdiyini və onlardan şıikayət eşitmədiyini bildirib.

Azərbaycanda seçkiləri müşahidə edən 1029 beynəlxalq müşahidəçidən 352-si MDB müşahidə missiyasındandır.

Associated Press 17:11

Müsavat lideri İsa Qəmbər: “Müxalifətin şansları böyükdür. Ancaq şans böyükdür, müxalifətə verilən səslərin sayı baxmından.
Parlamentdə kimin oturacağı isə asılıdır prezident aparatında oturanların iradəsindən”.

İsa Qəmbər deyib ki, müxalifət çərşənbə axşamı etiraz mitinqinə çıxmağı fikirləşir.

Gün ərzində müxalifət liderləri şikayətlənirdilər ki, onların müşahidıçiləri bəzi məntəqələrə buraxılmayıblar.

Frans Press 16:46

“Bəzi dairələrdə karusel müşahidə olunur- bir adam bir neçə dəfə səs verir”- bunu AXCP sədri Əli Kərimli bildirib.

Birinci dəfə səs verən 18 yaşlı tələbə Günay Bayramova Frans Pressə deyir ki, o YAP namizədinə səs verib, “çünki hakim partiya yeganə partiyadır ki, adamlar üçün nəsə edə bilər”.

41 yaşlı mühəndis Şamil Qasımov isə müxalifət namizədinə səs verib. Çünki onun fikrincə, “hakim partiya insanların qeydinə az qalır. Parlamentdə problemləri qaldıran yeganə qüvvə müxalifətdir. Qalan deputatlar ya hakimiyyətin qeydinə qalırlar ya da hakimiyyəti tərifləməklə məşğuldurlar”.


Reuters 13:46

AXCP sədri Əli Kərimli səs verib-çıxandan sonra deyib: "Təəssüf ki, bu seçkilər kütləvi saxtalaşdırmaya gedir".

Reuters 09:40

“Bizim dairədə, belə görünür, qərara alınıb ki, hakimiyyət namizədi udsun”. “Olsun. Ancaq bizim istədiyimiz odur ki, onlar deputat olanda, adi vətəndaşı yaddan çıxartmasınlar”.

Bunu 58 yaşlı Nadir Əliyev Bakının mərkəzi bazalarlarında birində Reutersin müxbiriminə deyib.

Agentlik yazır ki, Bakıda seçki günü sakitlikdir, sönük keçən seçkiqabağı kampaniyadan sonra bu, gözləniləndir.
Reuters seçki ilə bağlı hakimiyyətdən və müxalifətdən iki sitat gətirir: Yeni Azərbaycan Partiyası deyir ki, parlament seçkilərində rəqib görmür, AXCP-nin lideri Əli Kərimli isə deyir ki, bu seçkilər Əliyev rejiminin keçirdiyi ən pis seçki olacaq.


Frans Press 11:04

“Seçkilər hakimiyyəti onsuz da möhkəm tutmuş İlham Əliyev rejimini sementləməlidir, müxalifət isə bu seçkiləri məzhəkə adlandırır və bildirir ki, nəticələr əvvəlcədən bəllidir”.

Seçkinin başlanmasını elan edən MSK sədri Məzahir Pənahov isə deyib ki, bu seçkilər demokratik şəraiti, ictimai qayda–qanunu, vətəndaş həmrəyliyini nümayiş etdirəcək.

Frans Press yazır ki, seçkiqabağı müxalifət mitinqlərinə imkan verilmədi, hakimiyyət onlarla müxalifətçinin namizəd kimi qeydə alınmasına qoymadı, mediaya nüfuzundan istifadə edib debatların qarşısını aldı.

DPA 9:46

“Yerli və beynəlxalq müşahidəçilərin bildirdiyi kimi hakimiyyətin siyasi müxalifəti və narazı səsləri daha çox əzdiyi neft və qaz ölkəsi Azərbaycanda parlament seçkiləri keçirilir”.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET

Günün bütün mövzuları

XS
SM
MD
LG