Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21

İsa Qəmbər qanun pozuntuları barədə məlumat aldıqlarını deyir


Müsavat Partiyasının başqanı İsa Qəmbər artıq səsvermənin gedişində qanun pozuntularına yol verilməsi ilə bağlı məlumatlar aldıqlarını deyib.

O, bunu 20 saylı Nərimanov seçki dairəsinin 23-cü məntəqəsində səs verdikdən sonra deyib.

AXCP sədri Əli Kərimli isə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində səs verib.

APA-nın məlumatına görə, Əli Kərimli səsvermədən sonra jurnalistlərə deyib ki, AXCP-Müsavat bloku seçkinin gedişini diqqətlə izləyir, bütün qanun pozuntuları hərtərəfli araşdırılacaq və istərdik ki, qanun pozuntuları nəticələrə təsir göstərməsin-deyə o vurğulayıb.

Seçki məntəqəsinə ən tez gələn Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub.

O, saat 8:30-da 27 saylı Sabunçu İkinci Seçki Dairəsinin 2 saylı məntəqəsində səs verib.

Ümid Partiyasının sədri İqbal Ağazadə 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində, Demokratik İslahatlar Partiyasının sədri Asim

Mollazadə isə 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 25 saylı məntəqəsində səs veriblər.

Bu məlumatları APA agentliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG