Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:54

Obama Myanmada seçkinin azad olmayacağını deyir


“Myanmada keçirilən parlament seçkilərinin azad və ədalətli olmayacaq”.

Bunu ABŞ prezidenti Barak Obama Hindistanın Mumbay şəhərində çıxış edərkən deyib.

O, Myamna xalqının uzun müddətdir ki, öz taleyini müəyyən etmək hüququndan məhrum edildiyini qeyd edib.

Barak Obama hazırda Hindistanda 3 günlük rəsmi səfərdədir.

20 ildir ki, Myanmanı hərbi xunta idarə edir.

Bu müddət ərzində ölkədə seçki keçirilməyib.

Müxalifət hakimiyyətin təşkil etdiyi seçkini tənqid edib.

Nobel mükafatı laureatı olan Aun San Su Cji artıq uzun illərdi ki, ev dustağıdır.
XS
SM
MD
LG