Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:58

Geri çağırılmış Yaponiya səfiri Rusiyaya dönür


Yaponiyanın Rusiyadan geri çağırılan səfiri noyabrın 7-də Moskvaya dönür. Bu barədə Yaponiyanın informasiya agentlikləri xəbər veriblər.

Keçən həftə Rusiya prezidenti Dmitri Medvedevin Kuril adalarına səfərinə etiraz olaraq Yaponiya öz səfirini Moskvadan geri çağırmışdı.

Sovet qoşunları bu dörd adanı İkinci Dünya müharibəsi dövründə tutub. Amma Yaponiya Şimal Əraziləri adlandırdığı bu adaları özünün ərazisi hesab edir.

Rusların Kuril adaları adlandırdığı həmin ərazilərə görə iki ölkə arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi də imzalanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG