Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

DSK namizədlərin sənədlərini qəbul etməyib


17 saylı Yasamal Üçüncü Seçki Dairəsi deputatlığa namizəd Bəxtiyar Hacıyevin məşvərətçi hüquqlu komissiya üzvlüyünə təyin edilən namizədlərin sənədlərini qəbul etməyib.

Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyev məlumat verib. O deyir ki, DSK iş vaxtının bitdiyini əsas gətirərək, sənədləri qəbul etməyib:

«Onlar iş vaxtının başa çatdığını əsas gətirdilər. Məşvərətçi hüquqlu komissiya üzlüyünə namizədlərə yalnız seçkilərdən sonra vəsiqələrin veriləcəyini bildirdilər».

Bəxtiyar Hacıyev bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edib.

17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin katibi Ramiz Axundov isə bu məsələyə münasibət bildirməkdən imtina etdi. Üstəlik, bir daha onu narahat etməməyimizi istədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG