Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:02

İki fərqli jurnalistin gözləntisi...


Seymur Həziyev
Noyabrın 7-si Azərbaycan parlamentinə seçkilər keçiriləcək. Artıq təşviqat mərhələsi başa çatıb və seçicilərin kabinələrdə bülletenlərlə təkbətək qalacağı ana saatlar qalıb.

Bu dəfə «Panorama»da Azərbaycan mediasının iki fərqli düşərgəsinin təmsilçiləri – «Səs» qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev və «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev fikirlərini bölüşürlər. Həm başa çatan qeydiyyat və təşviqat mərhələləri, həm də astanasında olduğumuz səsvermə ilə bağlı.

«7 NOYABR XALQIN İSTEFAYA GÖNDƏRİLDİYİ GÜN OLA BİLƏR»

Seymur Həziyev:

«7 noyabr Azərbaycan tarixinə xalqın funksional baxımdan istefaya göndəriləcəyi gün kimi düşə bilər. Yenə də hakimiyyət seçkini saxtalaşdırmaq yolunu tutsa, onda xalqda güclü etimadsızlıq yaranacaq.
İlham Əliyev
Bizdə indi yarım diktatura sistemindən totalitar sistemə keçid baş verir. Hakimiyyət bu seçkilərdə hətta özünün bəzi dairələrdə güclü namizədlərini belə müdafiə etmədi. Hakimiyyət seçkini gülüş obyektinə, formal bir prosesə çevirmək istəyir. Çünki özünün korrupsiya əməllərinə görə hesabat vermək istəmir...».

İlham Əliyev:

«Mən düşünürəm ki, bu seçkilər çox sakit, normal bir şəkildə keçiriləcək. Azərbaycan xalqı verdiyi qərara uyğun olaraq seçkilərdə aktivlik nümayiş etdirəcək və ən layiqli namizədə səs verəcək. O ki qaldı hakimiyyətlə bağlı qərəzli fikirlərə, bunların hamısı əsassızdır. Azərbaycan bütün siyasi qüvvələrə, o cümlədən Seymur Həziyevin təmsil olunduğu düşərgəyə bərabər imkanların yaradıldığı ölkədir. Belə bir ölkəni də Heydər Əliyev yaradıb...».

Şərhləri göstər

XS
SM
MD
LG