Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

«Kommersant» qəzetinin müxbiri döyülüb. O, komadadır


Oleq Kaşin
Rusiya jurnalistləri həmkarları Oleq Kaşinə amansız hücumdan şoka düşüblər.

Rusiyanın «Kommersant» qəzetinin 30 yaşlı siyasi icmalçısının ayaqları, sağ əlinin barmaqları, çənəsi sındırılıb, beyin silkələnməsi alıb. Hadisə onun Moskvadakı evinin yaxınlığında törədilib.

Şahidlərin dediyinə görə, iki nəfər bir müddət əvvəl əraziyə gələrək əllərində gül dəstəsi dayanıbmışlar.

Hazırda jurnalist 36 saylı Moskva xəstəxanasında neyrocərrahiyyə şöbəsindədir. Həkimi bildirib ki, Kaşin əməliyyat olunsa da, vəziyyəti əvvəlki kimi ağırdır və yüksək hərarəti var.

«Kommersant» qəzetinin baş redaktoru Mixail Mixaylin həmkarına hücum və törədilən zorakılıqdan şokdadır:

OLEQİ YALIN ƏLLƏRLƏ DEYİL, AĞIR ƏŞYA İLƏ DÖYÜBLƏR

«Şahidlər var, qonşularından biri baş verənləri eşidib. O deyib ki, Oleqi yalın əllərlə deyil, nə isə ağır əşya ilə döyüblər. Mənə elə gəlir bu, metal əşya, yaxud beysbol ağacı ola bilərdi. Çünki yalın əllərlə kiminsə ayağını sındırmaq mümkün deyil».

Prezident Dmitri Medvedev Baş prokuror və Daxili İşlər nazirinə döyülmə faktını hərtərəfli araşdırmağı və «istintaqı xüsusi nəzarətə götürməyi» tapşırıb.

Medvedev «Twitter» sosial şəbəkəsi vasitəsilə bildirib ki, «cinayətkarlar tapılmalı və cəzalandırılmalıdır».

Rusiya dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.
Faktla bağlı ölümə cəhd maddəsi üzrə cinayəti işi açılıb.

RUSİYA DÜNYADA JURNALİSTLƏR ÜÇÜN ƏN TƏHLÜKƏLİ ÖLKƏLƏRDƏN BİRİDİR

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Rusiya dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir. 2000-ci ildən bu yana qətlə yetirilən 19 jurnalistin işi hələ də yekunlaşmayıb.

Kaşinə hücumun səbəbləri məlum olmasa da, həmkarları bunu onu peşə fəaliyyəti ilə bağlayırlar.

Rusiya Jurnalistlər Birliyinin sədri Mixail Fedotovun buna şübhə etmir.

«Kommersant»ın baş redaktoru Mixail Mixaylin də güman edir ki, hücum Kaşinin qadağan olunmuş müxalifət qruplarına dair yazısı ilə də əlaqəli ola bilərdi:

«Xuliqanlıq və oğurluq istisnadır. Çünki Oleqin üzərində bahalı texnika – «İpad», mobil telefon və sənədlər, pul kisəsi olmasına baxmayaq, onlara toxunulmayıb. Bu, yalnız onun peşə fəaliyyəti ilə əlaqədardır. Oleq bir sıra araşdırmalar aparıb, o cümlədən qeyri-rəsmi gənclər təşkilatları barədə».

Kaşin həmçinin, Ximki meşəsindən keçməsi planlaşdırılan Moskva-Peterburq yolunun əleyhdarları barədə yazının müəllifidir
Redaktor yazının detalları barədə məlumat verməyib.

İKİ GÜN ƏVVƏL XİMKİ FƏALI KONSTANTİN FETİSOVA DA HÜCUM EDİBLƏR

Kaşin həmçinin, Ximki meşəsindən keçməsi planlaşdırılan Moskva-Peterburq yolunun əleyhdarları barədə yazının müəllifidir.

«Kommersant»ın jurnalisti döyülməzdən iki gün əvvəl Ximki fəalı Konstantin Fetisova evinin yaxınlığında hücum ediblər. Hazırda xəstəxanada olan Fetisovun da vəziyyəti ağırdır.

Ximki Meşəsinin Müdafiə Hərəkatının lideri Yevgeniya Çirikova iki hücumun bir-birilə əlaqəli olduğunu istisna etməyib:

«Çünki layihənin arxasında korrupsiya dayanır. Harada korrupsiya var, orda cinayətkar maraqlar olur».

Meşədən salınan yolun əleyhdarlarından olan yerli qəzetlərdən birinin redaktoru da 2008-ci ildə hücuma məruz qalıb. Nəticədə jurnalistin bir ayağı amputasiya olunub və beyin travması alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG