Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

Nuridə Atəşi: "Körpənin beyni qarpız kimi bölünüb əlimdə qalmışdı"


Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi öz həyat hekayətini anladır. Onun "Gəl günaha bataq" kitabından parçalar...

Əvvəli burda

...- Yox, qızım, sən ölməyəcəksən! Mən səni ölməyə qoymayacağam! Sənə söz verirəm! And içirəm!

Evə gəldim. Özümü ələ almağa çalışırdım. Qızımla oynayır, danışır, gülür, o yuxuya getdikdən sonra isə beşiyinin başında oturub saatlarla için-için ağlayırdım.

İndi o acılarımı xatırlayanda o vaxtlar nə qədər zavallı və yazıq olduğumu düşünürəm.

Bir axmaq, savadsız həkimin sözlərini indi nəinki ciddi qəbul etmərəm, hətta gülərəm də...

Ancaq öz-özümə deyirəm: - Yox, Nuridə sən bu qədər güclü olmaq üçün o acıları yaşamalıydın!

ÖLÜMLƏ SAVAŞ

Bircə şeyi bilirdim. Balamı belə rahatca ölümün qucağına təslim etməyəcəkdim.

- Ölər, yenisini doğarsan, hələ cavansan! Xaric-marici beynindən çıxart, səni tikə-tikə doğrayaram.

Daha da yaxına gəldi. Mənə tərəf əyilib:

- Evdən qaçmağı da ağlına gətirmə. Dünyanın harasına getsən belə, səni tapar, yaşatmaram, bil, - deyə alnımdan tutub başımı divara çırpdı. Başım qanadı. Hərəkətsiz qaldım.

Ölümlə savaşa qalxdım. Son nəfəsə qədər savaşacağıma and içdİm.

Rusiyanın Rostov şəhərində bacım, qardaşım yaşayırdılar, onlara zəng edib balama ölüm hökmü oxunduğunu söylədim.

Bacım çox sakit halda:- Sən Bakının həkimlərinə çox da inanma, boş yerə özünü üzmə, uşağı götür təcili uç bura,-dedi.

Oğlumdan ayrılmaq nə qədər çətin olsa da, onu anamın yanına qoyub Rostova pənah apardım.

Bacım məni böyük bir klinikaya apardı. Dörd-beş həkim Ayanı müayinə etdikdən sonra başından şübhələndilər və başını kompüter tomoqrafıya aparatına salmağı məsləhət gördülər.

Bütün həkimlər toplandılar. Konsilium keçirdilər. Yoxlama saatlarca sürdü.

O saatlar koridorda çəkdiyim acıları, həyəcanları ifadə edəcək sözlər tapa bilmirəm.

Nəhayət, bacımı içəri çağırdılar. O qayıdana qədər ürəyimi yeyib qurtarmışdım.

Bacımınsa rəngi qapqara qaralmışdı bayıra çıxanda. Özünü tox tutmağa çalışır, ancaq bacarmırdı.

Bu dəfə həkimlər məni içəri çağırdılar. Eşitdiyim xəbərdən sanki beynimdə ildırım çaxdı:

"Uşağın başında şiş var, çox böyümüşdür. Təcili cərrahiyyə əməliyyatı aparılmahdır.

Əks təqdirdə həyatı təhlükədədir".

Key-key həkimlərin üzünə baxdım. Nə bir söz söyləyə, nə də ağlaya bildim.

Qolumdan tutub məni bayıra çıxartdılar.

Koridorda iki bacı bir-birimizə sarılıb aciz-aciz ağladıq.

Tramvay yolu poliklinikadan xeyli uzaq idi. Bütün yol boyu hıçqırdım.

Tramvayda belə hıçqırıqlarımı boğa bilmir, adamlann təəccüblü baxışları altında hönkürtüm tramvayı bürüyürdü.

Bacım mənə təsəlli verəcək söz tapa bilmir, camaatdan utanaraq başını aşağı salıb susurdu.

Cərrahiyyə əməliyyatı bir həftə sonraya təyin edilmişdi.

Bir həftə mən gecə-gündüz göz yaşı axıtdım. Təsəvvür edə bilmirdim ki, üç yaşlı bir körpə bu cür ağır əməliyyatdan necə sağ çıxa bilər?

Sən demə, uşaqların dözümü daha böyükmüş. O zaman hardan biləydim ki, bu günahsız körpəcik daha nələrə, nələrə dözəc
əkmiş...

Nəhayət, o dəhşətli gün gəlib yetişdi. Əməliyyat üç saat yarım çəkdi. Bu müddət ərzində iki dəfə özümdən getmişdim.

O saatlar özümü o qədər gücsüz, zəif hiss cdirdim ki...

Sanki əməliyyat otağından çıxan hər kəs mənə Ayanın ölüm xəbərini soyləyəcəkdi.

Son bir həftə heç nə yeyə bilməməyim məni elə zəif salmışdı ki, kətildə oturmağa belə taqətim yox idi.

Yarı uzanmış halda o saatlan başa vura bildim. Nəhayət, cərrahiyyə otağından çıxan bir həkim əməliyyatın bitdiyini söylədi.

İçəridən çıxan şəfqət bacısının üstünə cumdum. Dodaqlarım titrəyə-titrəyə "Ona uje umerla?" - deyə soruşdum.

O əvvəl hirslə üzümə baxdı, ancaq nə halda olduğumu görüb tez məni yatağa uzatdı və cibinden dərman çıxarıb boğazıma tökdü.

Sonra nə baş verdiyindən xəbərim olmamışdı...

Gözlərimi açanda artıq balam yanımda uzanmışdı. Sanki onu yenidən dünyaya gətirmişdim.

Bir neçə gündən sonra isə Ayanımın əlinden tutaraq xəstəxananı tərk etdim.

Ayanımın qolu açılmışdı, yaxşı gəzirdi, görmə qabiliyyəti də normallaşmışdı.

Yenə dünyanın xoşbəxt insanına, ən xoşbəxt qadınına çevrilərək bir neçə gündən sonra doğma Bakıma uçdum.

Fəqət bu xoşbəxtliyin ömrü çox qısa oldu. Cəmi bir neçə ay sonra Ayanımın qolu yenidən tutuldu, baş ağrıları başlandı. Artıq Bakıdakı həkimlərə nə ümidim, nə də inamım qalmışdı.

Yazıq balamı qucağıma alıb yenə Rostova üz tutdum.

Oğlumu yenə anama verməyə məcbur oldım. Hələ də bunun əzabını çəkirəm.

Oğlum ana südünün nə olduğunu bilmədi.

Onun nə ayaq açdığını, nə dil açdığını gördüm.

Yenə həmin xəstəxana. Yenə həmin soyuq üzlü həkimlər.

Ayanı əməliyyat edən professor Balyazin onu yeniden müayinə etdi.

Həkimlərin güman etdikləri şiş deyilmiş Ayanın xəstəliyi.

Sən demə, bu çox nadir bir xəstəlik olan "Serebral exinokokkoz" imiş.

Az inkişaf etmiş ölkələrdə yayılmış xəstəlikdir.

İtdən, pişikdən, mal-qaradan keçir insana. Onu beyindən elə çıxarmaq lazımdır ki, torbası partlamasın.

Elə ki, partladı, içindəki qurdlar bütün beyinə yayılır və yeni torbacıqlar yaranır.

O torbacıqlar getdikcə böyüyür və beynin fəaliyyetinə mane olur.

Bu xəstəlik əsasən ciyərdə olurmuş., Bütün bunları mən sonradan öyrəndim.

Sən demə zavallı professorcığaz əməliyyatı yaxşı edə bilməmiş, torbacıq əlində partlamış və təbii ki, bunu məndən gizlətmişdi.

Nə isə, yazıq Ayanımı ikinci dəfə əməliyyat etdilər.

Elçini də Bakıdan gətirtmişdim. Bu dəfə əməliyyat altı saat çəkdi.

Allahım, mən Elçini çağırmışdım ki, mənə ürək-dirək versin, o məndən betər ağciyərmiş ki...

Yalnız o zaman onun Ayanı nə qədər sevdiyini anladım.

Dərd bizi sanki bir-birimizə daha da yaxınlaşdırmışdı. Son vaxtlar anası bizi ayırmaq, Elçini evdən soyutmaq üçün bütün yollara əl atsa da, Elçinim bizə nə qədər bağlı imiş...

O, altı saat ərzində başını divara döyür, uşaq kimi ağlayırdı.

Ayanım bu dəfə də kəfəni yırtdı. Hardasa bir əfsanə oxumuşdum.

Bir gün Əzrayıl bir körpənin canını almağa gəlir. Anasının körpəsinə çaldığı layla onun ayaqlarını qapıda yerə mıxlayır.

Düşünür ki, qoy ana laylasını oxuyub qurtarsın, sonra girib körpənin canını alaram.

Ana o qədər həzin layla deyir ki, Əzrayılın ürəyi gəlmir onu yarımçıq kəssin.

Ana sabahacan körpəsinə layla çahr. Ana laylası Əzrayılın daş qəlbini yumşaldır, sabaha qədər qapının önündə durub o laylaya qulaq asır.

Səhər açılana yaxın o, qərarından dönür, körpəyə daha yüz il ömur bağışlayaraq qapıdan geri qayıdır.

Kim bilir, bəlkə mənim də Əzrayıla eşitdirmək üçün saatlarla oxuduğum laylalar onun ürəyinə insaf salmış, Ayanımı bağışlamışdı!..

Əməliyyatdan bir həftə sonra Ayanın başının tikişləri söküləcəkdİ. Cərrahiyyə otağında "Ana" deyib qışqırdığını çöldə eşidirdim. Ağlayarkən tikişlərə güc düşər, yenidən partlayar deyə sökməyə qorxurdular.

Məcbur olub həkimlər mənə xalat geyindirərək içəri apardılar ki, mən yanında dursam bəlkə sakit olar.

Ayanımı qucağıma aldım. Sarğısı başından açılmışdı. Başını əməliyyatdan öncə təmiz qırxmışdım (öz əlimlə, göz yaşlarım o gözel, ipək kimi saçlarına axa-axa qırxmışdım).

Həkim tikişi sökməyə başlamışdı. Məni görərək daha da kövrələn Ayan lap bərk qışqırmağa başladı.

Bir anda bütün tikişlər partladı. Başından qan fışqırdı, Körpənin beyni qarpız kimi bölünüb əlimdə qalmışdı.

Dünyada heç bir anaya, hətta düşmənimə belə bu səhnəni görməyi arzulamıram.

İndi bu sətirləri yazdığım zaman o anlar yadıma düşdükcə məni tər basır, göz yaşlarım vərəqi isladır və təəccüb edirem ki, mən bu qədər əzablara, acılara necə dözmüşem? Fransız yazarı Romen Rollan deyir: "İnsanın güclü olması üçün, burax dərd çəksin, dərd insanı daha da güclü edər".

Bir alman fılosofusa "Səni öldürməyən hər şey səni güclü edər" deyib.

Hər dəfə bu səhnəni xatırlayanda bir yunan əfsanəsi yadıma düşür. Apollonun oğlu Asklepius bir gün Pire kəndinə dönürmüş. Çöldən keçərkən dar ağacının altına uzadılmış ölüləri görür.

Həm içindən ölülərə baxmaq istəyi keçir, həm də iyrənərək əllərilə üzünü tutur.

Axırda arzusuna məğlub olub gözlərini aça bildiyi qədər geniş açaräq meyitlərin üstünə qaçır:

"Baxın, baxm, kor olasılar!" - deyə bağırır öz gözlərinə .- "Doyunca baxın, ləzzət alın, bu gözəl mənzərədən".

Allah professor Balyazindən "razı olsun", heç olmasa bıı dəfə kişi kimi boynuna aldı torbacıqlardan birisini partlatdığını.

Torbacıqdan tökülən qurdlar bu dəfə beyində yeddi yerdə yuva qurmuşdu. Birinci əməliyyatda torbacıq cəmi bir yerdə idi, əgər onu partlatmasaydı, yazıq körpəm bir daha bıçaq altına düşməz, ömrü boyu iflicliyə məhkum olmazdı.

Daha bilmirdim ki, professor Balyazin nəinki torbacığj partlatmış, hətta beyində olan əsəb damarlarını belə yaralamış, beynin sağ yarımkürəsindəki hərəkət mərkəzini cəllad bıçağı ilə zədələmişdi.

Nə biləydİm mən yazıq o zaman bütün bunları? Yoxsa mən balamı o canilərin bıçaqları altına salardımmı?

Əməliyyatdan sonrakı bir neçə günlük müayinə saatlarında mən professora Ayanın qolunun heç açılmadığını, yəni əməliyyatm uğursuz keçdiyİni anladığımı çəkinə-çəkinə hiss etdirməyə çalışdım.

Ax, ey indiki Nuridə, sən hardaydın o zaman?

İndi tutardım onun yaxasından, çəkərdim məhkəməyə, bütün dünya tibb aləmində onu rüsvayi-cahan edər, diplomunu əlindən aldırar, o ləkəli xalatını əynindən soyundurar, yol verməzdim ki, yüzlərlə, minlərlə belə günahsız xəstənin həyatını məhv etsin.

O isə mənə hirsləndi və hələ üstəlik borclu da çıxartdı: -Mən qızının həyatını xilas etmişəm! Sən mənə borclu olmalısan! Bir az masaj, idman etdirsəniz, tamamilə yaxşılaşacaq.

Mən, Allahın avamı yenə ona inandım və səhəri gün qəbul otağına girib masasının üstünə bir zərf qoyaraq balamın "həyatını xilas etdiyinə gorə" azı on dəfə təşəkkür də etdim. İçi pulla dolu zərfı görən kimi gozü işıqlanan professor hər şeyi unudaraq (lap nəslinə söysəydim belə, özünü o yerə qoymazdı) yerindən qalxıb mənə tərəf gəldi, can-ciyəriymişəm kimi mənimlə sağoilaşdı, digər əli iləsə zərfı cibinə dürtüşdürdü...

Xəstəxananın qapısından çıxanda bircə şeyə əmin idim ki, bir daha bu cəlladların qapısını açmayacağam!

Ayanım artıq bir az yaxşılaşmışdı. Amma bir neçə aydan sonra məni nə gözlədiyinİ yaxşı başa düşdüyüm üçün üzüm heç gülmürdü.

Lakin artıq xeyli güclənmişdim. Bircə fıkrim vardı: - Ölümlə savaşmaq, onu yenmək, ona təslim olmamaq!
Bu dövrdə artıq Azərbaycan Rusiyanın boyunduruğundan yenicə qurtulmuş, müstəqil bir dövlətə çevrilmİşdi.

Xalq ağır, qanlı bir müharibədən çıxmış, 10 minlərlə insan itkisi vermiş, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt olunmuş, son bir neçə il ərzində dövlət rəhbərliyi dəfələrlə dəyişdirilmişdi.

Gənc dövlətimiz çox ağır şərtlər altında hər bir sahədə - istər hərbi, istər iqtisadi, istər siyasi, istərsə də mədəniyyət sahəsİndə ağır mübarizə aparırdı.

Minlərlə yaralı dərhal müalicə olunmalıydı.

Azərbaycan Respublikası Prezident Aparatına, Səhiyyə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etdim.

Hər yerdə respublikadakı ağır vəziyyəti mənə anlatmağa çalışır, mənim kimi minlərlə acı çəkən ananın olduğunu, heç bir köməklik göstərə bilməyəcəklərini təəssüf hissi ilə bildirirdilər.

Mənimsə iradəmi kimsə qıra bilmir, bir yol, bir çarə axtarırdım.

O qapıdan bu qapıya, o təşkilatdan bu təşkİlata ayaq döyürdüm.

Heydər Əliyev yenicə hakimiyyətə gəlmişdi. Nəhayət, gücümü toplayıb qərara gəldim və ölkə prezidentinə dalbadal teleqramlar gondərdim.

Dərhal Nazirlər Kabinetindən Nevroloji Cərrahiyyə xəstəxanasına tapşırıq verildi.

Televiziyada Ayanın müalicəsinə komək üçün elanlar verildi. Demək olar ki, bütün təşkilatlar, şirkətlər, partiyalar maddi yardım etdi. Hətta biletimə qədər aldılar.

Bax, bunun üçün mən ömrüm boyu xalqıma, dövlətimə borcluyam. Ömrümün son gününə qədər mən ona xidmət etsəm, yenə bütün bunların əvəzini çıxa bilmərəm.

Deyirlər bir qatil uşağı öldürərkən üç nəfəri birdən öldürür. Həm övladı, həm də ata və anasını.

Demək yalnız balamın deyil, həm də mənim həyatım xilas edilmişdi. Balamın və mənim həyatımı xilas edən xalqımın qarşısında diz çökürəm.

Bakı Nevroloji Cərrahiyyə xəstəxanasının baş həkimi məni qarşıladı.

Bu xəstəliyi yaxşı tanıdığını, dünyanın heç bir yerində, hətta Amerikada, Almaniyada belə bu xəstəliyi, Bakıdakı kimi cərrahi əməliyyat edə bilmədiklərini mənə elə ciddi, inandırıcı bir şəkildə anlatdı ki...

Hələ də ağlıma sığışdıra bilmirəm ki, necə oldu mən bütün bu acı təcrübələrdən sonra sadəlövhcəsinə ona inanaraq körpə balamın bir daha onların bıçaqları altına düşməsinə razılıq verdim?

Növbəti cərrahiyyə əməliyyatı üç saat çəkdi. Elçin qorxusundan xəstəxanadan çıxıb qaçmışdı.

Mənsə artıq soyuqqanlı idim. İndi başıma toplaşan, mənim yolumu gözləyən "əziz qohum-qardaşlarım"dan, təbii ki, yanımda kimsə yox idi.

Üç saat boyunca bir damla yaş çıxartmadan gözlərimi (hətta arada ağzıma bir şokolad belə atdım) cərrahiyyə otağının soyuq qapılarına zillədim.

Ürəyimdə əlimdəki bir kağız parçasına bu sətirləri qaralamışdım:

Qoyma həkim, balam gedir əlimden,
Qoyma solsun açılmamış çiçəyim.
Qoyma düşsün gəlinciyi əlindən,
Qıyma paralansın ana ürəyim.

Hələ təzə yer tutur ayaqları,
Hələ təzə söz tutur dodaqları,
Hələ təzə allanır yanaqları,
Qoyma həkim, balam gedir əlimdən.

Bıçağını çək qəlbimin başına,
Kəs cala balamın qəlbinə, həkim!
Kəs ömrümdən, çevir məni başına,
Cala övladımın ömrünə, həkim!

Nəhayət əməliyyat bitdi. Otaqdan çıxan professorun üstünə inadla addımladım, əməliyyatı necə "müvəffəqiyyətlə" başa vurması haqda cavab verəcəyi ümidiylə.

O isə sanki məni görmürmüş kimi xəcalətli yerişlə aradan çıxdı.

Artıq nəticə mənə məlum idi. Assistent həkim üsyankar baxışlarımı hiss edərək məni Ayanın palatasına gətirdi.

Ayanın sakit-sakit nəfəs aldığını görərkən ürəyim yumşaldı.

Həkim əməliyyatın böyük uğurla keçdiyini, üç həkimin saatlarca Ayanın üzərində çalışıb tər tökdüyünü, beyninin doqquz yerinə dağılmış kisəciklərin hamısını çox boyük ustalıqla çıxartdıqlarınıı, yalnız birinin - ən kiçiyinin (çox əhəmiyyətsiz bir şeymiş kimi) əllərində partladığını səhnədə rol aparan bir artist məharətiylə anlatdı.

Və tez onların xəcalətindən çıxmalı olduğumu vurğuladı. Hazır saxladığım hər birinin payını ciblərinə dürtüşdürdüm.

Yüz dəfə də üstəlik onlara təşəkkür elədim, balamın ömrü boyu şikəst qalacağına imza atdıqları üçün.

Hər üçünün yaxasından yapışıb ittiham etmək əvəzinə nə üçün bu qədər sadəlövhlük göstərdim? Nə üçün?

Nə üçün onların düz gözlərinin içinə "Mən balamı artıq sizin qatil əllərinizə vermərəm!

Artıq sizə inanmıram! Sizin müasir dünya tibb aləmindən xəbəriniz yoxdur!

Yalnız qəssab kimi insanı parçalayıb tökməyi bilirsiniz.

Yalnız özünüzü, cibinizi deyil, bu günahsız xəstələrin gələcək talelərini də düşünün!

Gedin öyrənin, özünüzü təkmilləşdirin!"- deyə üsyan eləmədim?

Nədən, nədən bütün bunları onların gözlərinin içinə söyləyə bilmədim o zaman? Nədən?

Nədən o professordan şikayet etmədim?

Nə üçün o qatili məşhər ayağına çəkmədim?

Əməliyyatın ilk gecəsi məni qızımın yanına buraxmadılar. O gecə növbədə olan işçilərə paylayacaq pulum qalmamışdı.

Rüşvət verənlər palatalarda xəstələrinin yanında idilər. Onların xəstələrinə qulluq etmək haqları vardı, mənimsə yox.

Doğmalarımdan, əzizlərimdən isə təbii ki, kimsə mənim bu ağır günümdə yanımda yox idi.

Nə mən, nə də balam heç kimsəyə gərək deyildik.

O gecə səhərə qədər Ayanımın "Ana" deyə inildəmələrinə, ağlamasına göz yaşları içində aciz-aciz qulaq asmışdım.

Hər dəfə özümü saxlaya bilməyib palatanın qapısına yaxınlaşanda şəfqət bacısı başımın üstünü kəsdirər, məni nifrətlə süzərək qapıdan uzaqlaşdırardı.

Yalnız səhər növbə dəyişdiyi zaman palataya girə bilmiş, Ayanımın yatağını gorəndə sarsılmışdmı.

Mənə acıqlı olan şəfqət bacısı bütün gecə Ayanın yatağını dəyişməmiş, körpə səhərə qədər tərin, sidiyin içində yanaraq ağlamışdı.

Artıq bir daha Azərbaycanda heç bir həkimə, heç bir xəstəxanaya ayaq basmayacağıma and içdim.

İndi başıma belə bir iş gəlsə, nəinki o professoru bütün xalqın içində rəzil edər, o tibb bacısını həmin gün işdən çıxartdırar, o xəstəxananə bağlatdırmamış, o həkimlərin diplomlarını əllərindən aldırmamış rahat olmazdım.

İçdiyiniz Hippokrat andı sizə qənim olsun, dəyyuslar!

...Xəstəxanadan çıxdıqdan sonra ilk öncə oğlumu anamgildən gətizdirdim. Ayxanım artıq ayaq açmışdı, qırıq-qırıq kəlmələr də söyləyirdi.

Anamın ona çox yaxşı baxdığı göz önündə idi. Elə hey "Ayanın dərdi sənə bəsdir", - deyirdi.

Ayanın dərdi məni doğrudan da, dirigözlü öldürürdü.

Balamı bu ağır xəstəliyin əlindən qurtara bilsəydim...

Bu amansız ölümün pəncəsindən xilas etsəydim...

Ölümə baş əyməyəcəkdim. Nə qədər gücsüz, çarəsiz olsam belə, təsiim olmayacaqdım.

Bır axşam Elçinə "Ayanı xaricə aparacağam", - dedim. Təəccübdən gözləri yerindən oynadı:

- Nuridə, sən əsl ana olaraq əlindən gələn hər şeyi balan üçün etdin. Gerisi Allahın əlindədir. Nə olar, olar, daha neyləyək?

Dəhşətə gəldim:

- Sən nə danışırsan Elçin, mən gözüm baxa-baxa oturub gözləyim ki, balam nə vaxt öləcək?

- Ölər, yenisini doğarsan, hələ cavansan! Xaric-marici beynindən çıxart, səni tikə-tikə doğrayaram.

Daha da yaxına gəldi. Mənə tərəf əyilib: - Evdən qaçmağı da ağlına gətirmə. Dünyanın harasına getsən belə, səni tapar, yaşatmaram, bil, - deyə alnımdan tutub başımı divara çırpdı. Başım qanadı. Hərəkətsiz qaldım.

(ardı var)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG