Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Moskvada döyülmüş jurnalist Oleq Kaşin əməliyyat olunub


Şənbə gününə keçən gecə Moskvada amansızcasına döyülmüş jurnalist Oleq Kaşin xəstəxanada əməliyyat olunub.

Həkimlər jurnalistin vəziyyətinin ağır olduğunu deyirlər.

O, hazırda 36-cı klinik xəstəxananın reanimasiya şöbəsindədir.

Prezident Dimitri Medvedev baş prokuror Yuri Çayka və daxili işlər naziri Rəşid Nurqaliyevə istintaqı şəxsi nəzarətə götürməyi göstəriş verib.

Oleq Kaşin “Kommersant” qəzetinin əməkdaşıdır.

Onun müdafiəsinə qalxmış 20-ə yaxın adam bu gün Moskva Daxili İşlər İdarəsinin qarşısında piket keçiriblər.
XS
SM
MD
LG