Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

Obama Dehlidə Hindistan rəhbərliyi ilə görüçəcək


Hindistanla Birləşmiş Ştatlar azadlıq ideallarının qorunmasında birdilər.

Bunu ABŞ prezidenti Barak Obama Hindistanın Mumbay şəhərində çıxış edərkən deyib.

Hindistana səfəri çərçivəsində Mumbaya baş çəkən Barak Obama 2008-ci ildə terror aktları törədilmiş Tac-Mahal hotelinə düşüb.

Həmin terror aktları 164 adamın ölümü ilə nəticələndi.

Bazar günü Obamanın Dehlidə baş nazir Manmohan Sinqlə görüşü və ölkə parlamentində çıxışı gözlənilir.

Asiya ölkələrinə səfəri çərçivəsində ABŞ prezidenti İndoneziya, Cənubi Koreya və Yaponiyaya da baş çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG