Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

Partlayışda ölənlərin sayı 55-ə çatıb


Pakistanın şimal-qərbində məsçiddə törədilmiş partlayışda azı 55 nəfər ölüb, 100-ə yaxın adam isə yaralanıb.

Bu barədə yerli hakimiyyət xəbər verir.

Partlayış cümə ibadəti vaxtı Pişəvarın ətrafındakı məsçidlərdən birində törədilib.

Partlayışı intiharçı törədib.

Bundan bir qədər sonra isə şəhərin yaxınlığındakı başqa bir məsçiddə törədilmiş partlayışda 2 adam ölüb.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

ABŞ Dövlət Departamenti partlayışları ittiham edib və bunun sadə dindarlara qarşı yönəldiyini bildirib.
XS
SM
MD
LG