Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

Cəbhə xəttində meyitlər dəyişdirilir


Hazırda qoşunların təmas xəttində həlak olmuş Azərbaycan hərbçilərinin meyitnin qaytarılması prosesi gedir.

APA-nın məlumatına görə, əməliyyat Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, neytral ərazidə həyata keçirilir.

Artıq Beynəlxalq Qızıl Xaç Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri ərazidədirlər.

Ermənilər Mübariz İbrahimovla Fərid Əhmədovun, Azərbaycan tərəfi isə cəbhə bölgəsində ölmüş 81 yaşlı Qavruşa Arustamyanın meyitini qaytaracaqlar.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına həlak olublar.

Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxanda keçirilən görüşündə əsir və meyitlərin qaytarılması barədə razılaşma əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG