Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27

Haaqada mühacirlərin aksiyası


 Üstlərində Azərbaycan rəsmilərinin adları yazılmış 20 nəfər Azərbaycanın Haaqadakı səfirliyi qarşısına toplaşıblar

Üstlərində Azərbaycan rəsmilərinin adları yazılmış 20 nəfər Azərbaycanın Haaqadakı səfirliyi qarşısına toplaşıblar

Noyabrın 5-də Azərbaycandan olan bir qrup siyasi mühacir «eşşək» qiyafəsində Haaqada Azərbaycanda insan hüquqlarının pozulmasına, bloqqer və jurnalistlərin həbsinə etiraz olaraq aksiya keçirib.

Üstlərində Azərbaycan rəsmilərinin adları yazılmış 20 nəfər Azərbaycanın Haaqadakı səfirliyi qarşısına toplaşıblar.

«Eşşək» qiyafəsində olan simvolik məmurlar əllərində «müvafiq nazirin xarakterini ifadə edən» şüarlar tutublar. Onlar Azərbaycan rəsmilərini səlahiyyətlərindən sui-istifadə hallarından, korrupsiyadan əl çəkməyə, islahatlar yolu ilə vətəndaşlara açıq olmağa çağırıblar.

Səfirliyə aksiyanın qətnaməsi təqdim olunduqdan sonra aksiya Beynəlxalq Məhkəmənin binası qarşısında yekunlaşıb.

Yürüş-mitinqin təşkilatçısı Demokratik Azərbaycan Cəbhəsi və CODA təşkilatlarıdır. Eyni aksiyaların Avropanın başqa ölkələrində də keçiriləcəyi bildirilir.

Bloqqerlər Adnan Hacızadə və Emin Milli ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Beynəlxalq təşkilatlar onların İnternetdə yayımlanan satirik çarxa görə həbs edildiyini deyir.

Çarxda Azərbaycanın Almaniyadan 40 min avroya bir neçə eşşək alması tənqid olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG