Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03

İran Səkinənin yaxınlarda edam ediləcəyi xəbərlərini rədd edir


Tehran ərinə xəyanət və onun qətlində ittiham olunan Səkinə Aştiyaninin yaxınlarda edam ediləcəyi barədə xəbərlərin doğru olmadığını bildirir. Almaniyada yerləşən Daşqalaq Əleyhinə Beynəlxalq Komitə Aştiyanin yaxın günlərdə asılacağı barədə xəbər yaymışdı.

43 yaşlı bu qadını İran hakimiyyəti əvvəlcə daşqalaq edilməklə ölümə məhkum edib. vəkilləri və uşaqlarının onun günahsız olması və yardım xahişi ilə beynəlxalq ictimaiyyətə müraciətlərindən sonra beynəlxalq etirazlar başlayıb. Buna görə Tehran daşqalaqla öldürmə hökmünü edamla əvəz edib.

İranın Londondakı səfiri yaxın günlərdə Aştiyanın edam edilməsi barədə heç bir plan olmadığını, hələlik məhkəmə proseslərinin başa çatmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG