Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55
Bakıya səfər edən «Reuters»in müxbiri Matt Robinson yazır

Emin Əsgərovun razı təbəssümünü başa düşmək olar, bir il əvvəl, bahalı maşınlar salonu işə başladığından bəri 16 ədəd «Bentley» avtomobili satıb, hər biri də 200 min avroya.

Deyir: «Biz Şərqi Avropadakı satış üzrə birinciyik. Gələn il isə bundan 2 dəfə artıq satacağımızı güman edirik».

Xoş gəmisiz Bakıya.

Təxminən 100 il əvvəl varlanan ilk neft maqnatları burada Venesiya və Monte Carlo şəhərlərindəki binaların eyni olan imarətlər və teatrlar tikirdilər. Onlar İslam dünyasının ən gözəl şəhərini qurmaqla təkrarı olmayan bir sintez yaratmaq, Qərblə-Şərqi birləşdirmək istəyirdilər.

Sovet İttifaqının süqutundan 20 il sonra Azərbaycanın yeni neft elitası vaxtilə sələflərinin başladığı işi davam etdirirlər.

QƏRBLƏ ŞƏRQİN ORTASI...


Bakının mənzərəsində peyda olan əzəmətli şüşə göydələnlər Neftçilər Prospektinin də simasını dəyişir. Burada Dior, Armani və Tiffany kimi şirkətlərin bahalı butikləri fonunda ağ rəngli «Jeep»lər şütüyür, yeni beşulduz hotellər tikilir. Buradaca məşhur Zaha Hadid memar şirkətinin tikdiyi ağ rəngli mədəniyyət pavilyonu ucalır.

Heydər Əliyev Mədəniyyət Mərkəzi
Yeni neft erasının Azərbaycana gətirdiyi sərvətlə həm də belə bir ümid yaranır ki, Bakı Avropa ilə Yaxın Şərq arasındakı körpü rolunu yenidən bərpa edə bilər. 30 yaşlı Kamil Əhmədbəyli Orta Asiyanın astanasında yerləşən, Türkiyə, Rusiya və İranla həmsərhəd olan Azərbaycan haqda deyir:

- Bakı nəyisə Qərbdən götürür, nəyisə Şərqdən – haradasa ortadadır.

Kamil «Çinar» restoranının rəssamıdır. Onlar dünyada məşhur olan Nobu restoranının keçmiş aşpazı Anthony Sousa Tamı Bakıya gətiriblər ki, Çinarın varlı müştərilərinə xörək bişirsin. Restoranın açılışında isə Britaniyanın məşhur pop qrupu olan Sugababes özü çıxış edib.

Amma Azərbaycanda təzadlar da var.

KORRUPSİYA - AVROPAYA YAXINLAŞMA SİYASƏTİNƏ LAĞ

Məsələyə tənqidi yanaşanlar deyir ki, Bakının dəyişən siması dəhşətli kasıbçılıq, tüğyan edən korrupsiya və tamamilə neft sənayesindən asılı olan ölkə iqtisadiyyatının vəziyyətini ört-basdır edir.

Beynəlxalq Böhran Qrupunda araşdırmalar aparan Təbib Hüseynov deyir ki, ən böyük problem inkişafın qeyri-proporsional olmasıdır.

«Bakı - xüsusilə onun mərkəzi - sürətlə inkişaf etdiyi halda, Azərbaycanın regionları unudulmuş əraziləri xatırladır və tamamilə paytaxtın və mərkəzi hökumətin maddi yardımından asılıdır, iqtisadi fəaliyyət yoxdur», - T. Hüseynov deyir.

Təbib Hüseynov
Hüquq müdafiəçiləri isə İlham Əliyevin getdikcə güclənən avtoritar rəhbərlik üslubunu tənqid edirlər. Transparancy İnternational təşkilatının beynəlxalq korrupsiya cədvəlində 178 ölkə arasında Azərbaycana ayırdığı 134-cü yer, ölkənin elan etdiyi modernləşmə və Avropaya yaxınlaşma siyasətinə lağ kimi görünür.

Noyabrın 7-də 8.3 milyonluq əhalisi olan Azərbaycanda keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası öz mövqeyini saxlamaq əzmindədir.

QƏRBİN TƏNQİDİNİ YUMŞALDAN NƏDİR?


2003-cü ildə atası Heydər Əliyevin uzunmüddətli rəhbərliyindən sonra hakimiyyəti qəbul edən İlham Əliyevin vaxtında ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada birinci yerə çıxdı. 2003-2007-ci illər arası Azərbaycan iqtisadiyyatının orta illik artımı 21 faiz təşkil edib.

Qərbin enerji təchizatında iştirak edən, ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatları üçün isə tranzit rolunu oynayan Azərbaycan ölkəni məşhurlaşdırmaq məqsədilə bu ilin sentyabrında dünyanın ən hündür bayrağını ucaldıb. 32 milyon dollara başa gələn 162 metrlik bu bayraq Azərbaycanın iqtisadi qüdrətini və strateji əhəmiyyətini tərənnüm etməlidir.

Hüquq müdafiəçiləri deyirlər ki, Azərbaycanın strateji əhəmiyyəti Qərbin tənqidini yumşaldır. Jurnalistlərin həbsinə və digər azadlıqların cilovlanmasına belə məhəl qoyulmur.

Azərbaycanın strateji əhəmiyyəti Qərbin tənqidini yumşaldır
«İnanmaq çətindir ki, bu yolla Azərbaycan Avropaya doğru hərəkət edir», – deyə Hüseynov bildirir.

Azərbaycanın neftdən həddən ziyadə asılılığını qeyd edən ancaq Hüseynov deyil. Sənayenin digər sahələrinin inkişafdan qalmasının ölkənin gələcəyi üçün təhlükəli olduğunu deyənlər çoxdur.

Neft və neft məhsulları ölkə ixracının 90 faizini təşkil edir və qeyri-neft sektoruna heç bir əhəmiyyətli xarici investisiya qoyulmayıb. ÜMM artımının 2011-ci ildə 3,8 faiz olacağı gözlənilir, bu isə son 10 ilin artım tempi ilə müqayisədə ən aşağı nəticədir.

HƏR ŞEYİ BƏZƏYİRLƏR. KİMİN ÜÇÜN?

Bakı ətrafında, tərk edilmiş keçmiş sovet zavodunun binasında separatçı Dağlıq Qarabağdan, etnik ermənilərlə müharibədən qaçqınlar düşən adamlar məskunlaşıb.

Bakıda taksi sürücüsü gileylənir: «Hər şeyi bəzəyirlər. Kimin üçün, heç bilinmir. Amma hər yanda işsizlikdir».

Həqiqi vəziyyəti əks etdirən iqtisadi göstəriciləri əldə etmək burada çox çətindir. İqtisadiyyat naziri Şahin Mustafayevlə danışmaq mümkün olmadı.

Xarici diplomatlar deyirlər ki, ancaq hakimiyyət elitasına daxil olan oliqarxların maddi rifahı yaxşılaşır.

Hələ ki, neft fontan vurur, dəbdəbə ehtirasları səngimək bilmir
«Bentley» avtosalonunun da, «Çinar» restoranının da sahibi Paşa Holdinqdir. Dəniz sahili boyunca dəbdəbəli mənzillər tikən bu şirkətin hakim elita ilə yaxın əlaqələri var.

DƏQİQƏBƏDƏQİQƏ BÖYÜYƏN BAKI...

Şəhər salınması və inkişafı dövlət komitəsinin memarı Novruz Eldarlı Bakının nəhəng modeli üzərində əlini yelləyib inandırmağa çalışır ki, neft pullarının ardınca bura gələn biznesmenlərin nəhəng layihələrini hamısını həyata keçirməyə yer qalmayıb və əlavə edir:

«Onlar fələstinlilərdi, aləmi gəzirlər və Dubaydakı kimi günəş altında parıldayan oyuncaqlara xüsusi ehtirasları var».

Hələ ki, neft fontan vurur, dəbdəbə ehtirasları səngimək bilmir.

Maşın satıcısı Ələsgərov deyir: «Adamların pulu var, «Bentley»ə tələbat artır».

«Çinar» restoranından olan Əhmədbəyli də təsdiq edir: «Bakı günlə, saatla yox, dəqiqə ilə böyüyür».

Şərhləri göstər

XS
SM
MD
LG