Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:07

Gürcüstanda Rusiyanın xeyrinə casusluq edən 13 nəfər tutulub


Gürcüstan hökuməti Rusiyanın xeyrinə casusluq edən 13 nəfəri həbs etdiyini bildirib. Həmin şəxslərin adları açıqlanıb. Həbs olunan 13 nəfərin 4-ü Rusiya vətəndaşı, qalanı Gürcüstan vətəndaşlarıdır.

Daxili İşlər nazirliyi bildirib ki, xüsusi əməliyyat bu insanların Rusiyanın Baş Kəşfiyyat İdarəsinə işlədiklərini müəyyənləşdirib.

Gürcüstanla Rusiya arasında münasibətlər 2008-ci il avqust müharibəsindən sonra gərgindir. Rusiya Gürcüstanın hər iki separatçı rejiminin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
XS
SM
MD
LG