Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:53

«Eşşək» kostyumlu nümayişçilər Haaqada diktatorluğa etiraz edəcək


Noyabrın 5-də Azərbaycandan olan bir qrup siyasi mühacir Azərbaycanda insan hüquqlarının pozulması, bloqqerlərin, jurnalistlərin həbsinə etiraz olaraq Haaqada etiraz aksiyası keçirəcək. Aksiyanın Azərbaycan səfirliyinin qarşısında keçirilməsi planlaşdırılır.

Niderlanddakı azərbaycanlı mühacirlərin AzadlıqRadiosuna göndərdiyi məlumatda deyilir ki, «eşşək» kostyumunda olacaq nümayişçilərin hər birinin üzərində 14 nazirlərin, dövlət başçısı, birinci xanım, Prezident Administrasiyasının rəhbəri, Mərkəzi Seçki Komissiyasının sədri və Baş Prokurorun adları olacaq. Satirik geyimdə olacaq iştirakçılar son 20 ildə baş verənlərə görə günahkar olduqlarını etiraf edəcək.

Haaqadan sonra digər Avropa ölkələrində də keçilməsi planlaşdırılan nümayiş Azərbaycanda islahatların aparılmasına ehtiyacın olduğunu diqqət çəkmək məqsədi daşıyır. Aksiya iştirakçıları Azərbaycan rəsmilərini səlahiyyətlərindən sui-istifadə hallarından, korrupsiyadan uzaq durmağa, islahatlar yolu ilə vətəndaşlara açıq olmağa çağırırlar.

Adnan Hacızadə və digər bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Beynəlxalq təşkilatlar onların İnternetdə yayımlanan satirik çarxa görə həbs edildiyini deyir. Çarxda Azərbaycanın Almaniyadan 40 min Avropa bir neçə eşşək alması tənqid olunur.
XS
SM
MD
LG