Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:22

Kubada təyyarəsi qəzaya uğrayıb, 68 nəfərin öldüyü deyilir


Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlarda bütün sərnişin və heyət üzvünün öldüyü deyilir.

«Associated Press» agentliyi Kuba dövlət televiziyasına istinadla qəzanın Sankti-Spiritus əyalətində baş verdiyini bildirir.

AeroCaribbean şirkətinin təyyarəsi Santyaqo-de-Kuba - Havana reysi ilə uçurmuş.

Bəzi məlumatlara görə, təyyarədə 61 sərnişin və 7 heyət üzvü olub. Sərnişinlərin 28-nin əcnəbi olduğu bildirilir.
XS
SM
MD
LG