Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07

Azərbaycan insan inkişafına görə Türkiyəni qabaqlayır?


BMT-nin insan inkişafı ilə bağlı son hesabatında Azərbaycan 169 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Hesabata görə, Türkiyə və Gürcüstan da bu məsələdə Azərbaycandan geridə qalırlar.

Azərbaycanın neft gəlirləri artıb. Ümumi daxili məhsulun artımı axır illərdə yüksək olub.

Bir tərəfdən ölkə ərazisinin 99 faizi mobil telefon şəbəkəsi ilə əhatə edilib. Əhalinin 91 faizinin ya mobil, ya da adi telefon xəttinə çıxışı var.

Hesabata görə, İnternetə çıxış göstəricisinə gəldikdə, Azərbaycanda hər 100 nəfərdən cəmi 28-nin İnternetə çıxışı var.

Halbuki məsələn, Azərbaycan kimi keçmiş sovet ölkəsi olmuş Latviyada bu göstərici təxminən 2 dəfə yüksəkdir.

Hər 100 nəfərə düşən kompüterlərin sayına görə də Azərbaycan məsələn, Ermənistandan irəlidədir.

Ermənistanda hər 500 nəfərə bir kompüter düşür

Azərbaycanda bu rəqəm 3 dəfə yüksəkdir.

Amma Azərbaycan bu məsələdə Latviyadan 4 dəfə geridə qalır.

Azərbaycanın təhsil və səhiyyə sahələrinə ayırdığı pul o qədər də çox deyil.

Hesabata görə, 2000-2007-ci illər arasında Ümumi Daxili Məhsulun 1,9 faizi təhsil sahəsinə ayrılıb.

Rusiyada bu rəqəm iki dəfə artıq olub, Səudiyyə Ərəbistanında isə 3 dəfə artıq.

Səhiyyə ilə bağlı vəziyyət də eyni cürdür.

2000-2007-ci illər arasında Azərbaycanda bu sahəyə Ümumi Daxili Məhsulun 1 faizi qədər pul ayrılıb.

Bu dünya ölkələri arasında ən aşağı göstəricilərdəndir

Ukraynada bu göstərici Azərbaycandan 4 dəfə, İordaniyada 5 dəfə artıqdır.

Amma orduya ayrılan pullar Azərbaycanda kifayət qədər yüksəkdir.

2000-2007-ci illər arasında Azərbaycanda orduya Ümumi daxili məhsulun 3,8 faizi qədər pul ayrılıb.

Bu göstərici Ukrayna, Rusiya, Braziliyadan da yüksəkdir.

2008-ci ildə xaricdə işləyən azərbaycanlılar Azərbaycandakı qohumlarına xeyli pul göndəriblər.

Həmin məbləği adambaşına böləndə 179 dolar düşür. Gürcüstanda da vəziyyət təxminən eynidir.

Ermənistana isə göndərilən pullar bunlardan 2 dəfə çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG