Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:23

ABŞ iqtisadiyyata daha 600 milyard yardım ayırır


ABŞ-ın Federal Ehtiyyatlar sistemi ölkə iqtisadiyyatının stimullaşdırılmasına əlavə 600 milyard dollar ayırıb.

Məlumatlara görə, Federal Ehtiyatlar Sistemi gələn ilin iyununa qədər hər ay 75 milyard dollarlıq dövlət obliqasiyası alacaq.

Bundan əvvəlki, birinci mərhələdə 1 trilyon 700 milyon dollarlıq dövlət obliqasiyası alınıb.

Federal Ehtiyatlar Sistemi ümid edir ki, pul kütləsinin artması iqtisadi artıma səbəb olacaq.

3-cü rübdə ölkədə 2 faiz iqtisadi artım olub ki, bu da işsizliyin səviyyəsinin tez aşağı düşməsi üçün bəs etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG