Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

Korrupsiya planı üçün iki nazirə 10 gün möhlət verildi


Armenia -- Prime Minister Tigran Sarkisian, undated.

Armenia -- Prime Minister Tigran Sarkisian, undated.

Ermənistanın Baş Naziri Tiqran Sarqisyan noyabrın 3-də bildirib ki, ölkənin təhsil sistemi və səhiyyə sahəsindən olduqca narahatlıq doğuran məlumatlar var: “Bu sahələrdə korrupsiya olduqca geniş yayılıb. Bunu ictimaiyyətə bəlli olan analizlər, eləcə də bizim apardığımız xidməti yoxlamalar bir daha təsdiq edir. Biz artıq bu barədə Təhsil və Elm Nazirliyində məsləhətləşmələr aparmışıq.”

Baş nazir bildirib ki, nazirə 10 gün ərzində təhsil sisteminin rüşvətdən təmizlənməsi planını təqdim etməyi tapşırıb: “Biz Universitet Şuralarının üzvlərini dəyişməliyik. Çatışmazlıqlar müəyyən edilib aradan qaldırılmalıdır.”

Tiqran Sarkisyanın dediyinə görə Səhiyyə nazirinə də göstəriş verib ki, kadr dəyişiklikləri daxil olmaqla korrupsiya ilə mübarizəyə dair planlarını qısa müddətdə ona versin.

Transparency İnternetional son üç ildə Ermənistanın korrupsiya üzrə göstəricilərinin yaxşılaşmağa doğru getdiyini bildirib. Təşkilatın bugünlər yayılan hesabatına görə Ermənistan korrupsiya indeksində 178 olkə arasında 109-cu yerdədir. Bu mövqeyi ilə Ermənistan Azərbaycandan 50 pilləyə yaxın irəlidə qərarlaşıb.

Şərhləri göstər

XS
SM
MD
LG