Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:05

Bakı Metropoliteninin inkişaf planı müzakirə edilib


Noyabrın 4-də prezident İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclas keçirilib.

Dövlət başçısı Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm layihələrin həyata keçirildiyini və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini bildirib.

Hazırda ən müasir körpülərin və yol ötürücülərinin tikildiyini, yeni yolların istifadəyə verildiyini bildirən prezident İlham Əliyev deyib ki, nəqliyyat sektoru həm paytaxtda, həm də regionlarda uğurla inkişaf edir.

Bakının yol infrastrukturunun müasirləşməsi, tıxacların aradan qaldırılması istiqamətində görülən işlərdən danışan dövlət başçısı metropolitenin nəqliyyat növü kimi böyük əhəmiyyət daşıdığını qeyd edib.

İclasda “Azərtunelmetrotikinti” ASC-nin sədri Şaiq Əfəndiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış edib.

Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG