Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

İranla Gürcüstan arasında viza rejimi ləğv edilib


Qriqol Vaşadze və Manuçöhr Mottaki, Tbilisi, 3 noyabr 2010

Qriqol Vaşadze və Manuçöhr Mottaki, Tbilisi, 3 noyabr 2010

“Eurasia View”
Giorgi Lomsadze


Yəqin, eşidəndə ki, İranla Gürcüstan arasında viza rejimi ləğv edilib və iqtisadi əlaqələri genişləndirmək üçün birbaşa reysləri yeniləşdiriblər, xaricdəkilər qaşlarını çatıblar. Vaşinqtonun Cənubi Qafqazda ən yaxın müttəfiqi Gürcüstan nüvə proqramı layihəsinə görə ABŞ və Avropa Birliyinin təzyiqləri ilə üzləşən İranla razılaşma imzalayıb.

Tbilisi bildirir ki, Tehranla bu razılaşmanın əsasında xarici investorları və turistləri cəlb etmək dayanır. Fars İmperiyası dövründə İran Gürcüstanın bir hissəsinə nəzarət edib.

“GÖZLƏNİLMƏZ SIÇRAYIŞ”

Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze bildirib ki, bu razılaşmanın əsasında iqtisadi maraqlar var. Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əlaqələrdə “gözlənilməz sıçrayış” olub:

“İranlı turistlərin sayı 173 faiz, birbaşa ticarət əlaqələri 63 faiz artıb”.

Noyabrın 2-də iki ölkə arasında aviareyslərin bərpası ümidləri artırıb ki, ticarət əlaqələrinə və turistlərin sayına təsir edəcək. Noyabrın 3-də İranın Xarici İşlər naziri Manucöhr Mottaki Batumiyə gəlib. Batumi Gürcüstanın turizm mərkəzidir və burda İran konsulluğunun açılması gözlənir.

TEHRAN TBİLİSİYƏ VASİTƏÇİLİK TƏKLİF EDİR

Mottaki Gürcüstanla enerji, təhlükəsizlik və tranzit sahələrində də əməkdaşlıq edəcəklərini bildirib. O, həmçinin rəsmi Tbilisiyə Abxaziya və Cənubi Osetiya münaqişələrində Tehranın vasitəçiliyini təklif edib.

Tehran uzun müddət özünü Cənubi Qafqazda yaxşı qonşu kimi göstərməyə cəhd edib. İran vasitəçilik təklifini Azərbaycan və Ermənistana da edib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir, ancaq hələ ki, bunun xeyri olmayıb.

Manuçöhr Mottaki
Mottaki Tehranın uranın zənginləşdirilməsi ilə bağlı noyabrın ortalarında olacaq beynəlxalq danışıqlarda iştirak niyyətini təsdiqləyib. (İran ümid edir ki, danışıqlara onunla Türkiyə arasındakı nüvə reaktor yanacağı mübadiləsi razılaşması da daxil ediləcək).

PROBLEMLƏRİ SIFIRA ENDİRMƏK ÖHDƏLİYİ

Gürcüstan xarici işlər naziri Q.Vaşadze qeyd edib ki, Gürcüstan və İran qonşularla problemləri sıfıra endirmək öhdəliyi götürüblər.

Amma bütün bu danışıqlar Gürcüstanın Qərblə münasibətlərini zədələməyəcək. “Biz xeyli dərəcədə Birləşmiş Ştatların dəstəyindən asılıyıq. Buna görə də bu tamamilə əsassızdır ki, biz bu strateji əməkdaşlığı şübhə altına alırıq”,- deyə gürcüstan Xarici İşlər nazirinin müavini Nino Kalanadze noyabrın 1-də keçirdiyi brifinqdə deyib. O əlavə edib ki:

“İRANLA HƏR HANSI QEYRİ-QANUNİ ƏLAQƏMİZ YOXDUR”

“Bizim heç kəslə, xüsusilə İranla hər hansı qeyri-qanuni əlaqəmiz yoxdur. Biz qonşuluğumuzdakı bütün böyük ölkələrlə həm siyasi, həm də iqtisadi sahədə yalnız yaxşı əlaqələrə sahib olmaq istəyirik”.

Kalanadze ötən may ayında işarə vurub ki, rəsmi Tbilisi ən yaxın müttəfiqi Vaşinqtonla Mottakinin səfəri ilə bağlı məsləhətləşmə aparıb. ABŞ-ın Türkiyədəki səfiri ictimaiyyətə bu səfərlə bağlı heç bir şərh verməyib.

Soruşanda ki, Tbilisi NATO strukturlarına inteqrasiya ilə bağlı trayektoriyasını dəyişibmi, Q.Vaşadze deyib: “Qətiyyən yox. Heç nə dəyişməyib”.

İran Azərbaycanla da viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycan isə viza rejimini ləğv etməməsini Dağlıq Qarabağ münaqişəsi ilə izah edib.

/Sayta hazırladı: Səadət Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG