Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41
Gələn həftənin əvvəli “Teatral” jurnalı nəşrə başlayır.

Bu haqda “Oxu zalı”na jurnalın baş redaktoru, ədəbiyyatşünas Əsəd Cahangir məlumat verib.

Onun sözlərinə görə, bu, Azərbaycan teatrının tarixində məxsusi olaraq teatra aid ilk jurnal olacaq.

"Əvvəllər "Qobustan" və digər jurnallarda da teatra aid yazılar dərc edilib, amma sırf teatra aid jurnal Azərbaycan teatrının 140 illik tarixində olmayıb".

“Teatral” jurnalında oxucular tanınmış dramaturqların pyeslərilə tanış ola, Azərbaycan və xarici ölkə teatrlarının problemləri haqda yazılar oxuya, teatr xəbərlərini izləyə biləcəklər.

Ə.Cahangirin bildirdiyinə görə, jurnalın ilk sayında 2010-cu ilin Nobel mükafatçısı Mario Varqas Lyosanın “Taknalı qadın” pyesi, Almaniya teatrlarında yeniləşmə haqda məqalə, rejissor Bəhram Osmanov, sənətşünas Nadir Bədəlovun və başqalarının yazıları yer alacaq.

Jurnal Azərbaycan Milli Mədəniyyətinin Təbliği Mərkəzinin (sədri yazıçı, dramaturq Arif Mədətovdur) dəstəyilə işıq üzü görəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG