Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:25

Ramiz Mehdiyev seçkidən danışdı


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«Azərbaycanda parlament seçkilərində iştirak edən bütün namizədlərin bərabər şərtlər çərçivəsində mübarizə aparması təmin edilir».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev noyabrın 4-də jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Ramiz Mehdiyev bildirib ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi, siyasi qüvvələrin, namizədlərin prosesdə iştirakı üçün bərabər şərait, azad mühit yaradılıb.

Ramiz Mehdiyev deyib ki, hakimiyyət seçki ilə bağlı üzərinə düşən öhdəliyi tam yerinə yetirir:

«Bütün siyasi qüvvələr seçkidə iştirak edir, vətəndaşların iradələrinin seçki bülletenlərində öz əksini tapması üçün azad mühit yaradılıb».

Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, məntəqələrdə qurulan 500 müşahidə kamerası seçkilərin şəffaflığını təmin edir:

«Tətbiq edilən müasir seçki texnologiyası Azərbaycandakı seçki prosesini daha da təkmilləşdirir. Onun azad və ədalətli keçirilməsinə yaxşı töhfə verir. Bu isə Azərbaycanda demokratiyanın yeni bir uğurudur».

Ramiz Mehdiyev onu da vurğulayıb ki, seçkilərdə medianın üzərinə mühüm bir vəzifə də düşür və onlar öz qərəzsiz fəaliyyətləri ilə seçki prosesinin ədalətli təbliğini təmin etməlidirlər. /Mediaforum/
XS
SM
MD
LG